Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakıdakı Rus Evində Köhnə Yeni ili necə qarşılayıblar?

© Sputnik / Murad OrujovBakıda Yeni il
Bakıda Yeni il  - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
"Rus qışı" Festivalı çərçivəsində Köhnə Yeni ilə həsr olunmuş estrada musiqisi konserti keçirilib.
BAKI,14 yanvar - Sputnik. Bakıdakı Rus evində "Rus qışı" Festivalı çərçivəsində Köhnə Yeni ilə həsr olunmuş estrada musiqisi konserti keçirilib. Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Bakıdakı Rus evi tərəfindən birgə təşkil olunub.
Bayram gecəsinin əvvəlində Rus evi rəhbərinin müavini Dmitri Yeqorov salamlama nitqi ilə çıxış edib, ötən ildə fəal yaradıcılıq əməkdaşlığına görə BMA nümayəndələrinə təşəkkür edərək, onlara mükafat təqdim edib.
Tədbir bayram konsert proqramı ilə davam edib. Tamaşaçılar üçün keçmiş illərin ən sevimli hitləri və yerli və xarici estradanın müasir vokal və instrumental hitləri səsləndirilib. Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın baş müəllimi Lalə Muxtarova, BMA-nın konsertmeysteri Dilarə Kərimova, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Xor Kapellasının artistləri Kamilla İmanova, Fərhad Ələkbərov, Elyar Əliyev, BMA-nın məzunları Aminat Əhmədova və Nərgiz Məmmədova, həmçinin Cavid Babayev, Amin Heydərov, Ramil Davudzadə və aktyor və rejissor Samir Ələsgərov dinləyicilərə unudulmaz gün bəxş ediblər.
Layihənin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina olub.
Xəbər lenti
0