https://sputnik.az/20240114/azerbaycandan-rusiyaya-18-ton-yumurta-gonderilib-461544356.html
Azərbaycan yumurtasını Rusiya qeyd-şərtsiz idxal edir
Azərbaycan yumurtasını Rusiya qeyd-şərtsiz idxal edir
Sputnik Azərbaycan
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb. 14.01.2024, Sputnik Azərbaycan
2024-01-14T23:00+0400
2024-01-14T23:00+0400
2024-01-15T10:02+0400
rusiya
yumurta
azərbaycan
aqta
"rosselxoznadzor"
iqtisadi
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_0:158:3000:1846_1920x0_80_0_0_8be3519c9d14e4a5cc1a7318d9334e23.jpg
BAKI, 14 yanvar - Sputnik. Azərbaycan yanvarın 14-dək Rusiya Federasiyasına 2,1 milyon ədəd yumurta tədarük edib.Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) teleqram kanalında məlumat yayıb.Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb.Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına yumurta tədarükünə başlayıb.Yanvarın əvvəlində Türkiyədən Rusiya Federasiyasına yumurta tədarükünə başlanılıb, ümumilikdə 633,6 min ədəd idxal edilib. Türkiyənin 21 müəssisəsi Rusiya Federasiyasına yumurta ixrac etmək hüququna malikdir.Belarus da tədarükləri gücləndirib: yanvarın 1-dən yanvarın 9-dək keçən ilin eyni dövründəki 6,3 milyon yumurta ilə müqayisədə 11,7 milyon yumurta idxal edilib.Nəticədə Kənd Təsərrüfatı Nazirliyi topdansatış bazarında yumurtanın qiymətində azalma qeydə alıb və bu tendensiyanın istehlakçı şəbəkəsinə də keçəcəyini gözləyir.2024-cü il yanvarın 1-dən yumurtanın qiymətinin kəskin artması fonunda Rusiya Federasiyası onların idxalı üçün rüsumları altı ay ərzində sıfıra endirib. Gözlənilir ki, bu tədbir 1,2 milyard ədəd yumurtanın idxalına imkan verəcək və qiymət vəziyyətini sabitləşdirəcək.Rusiyanın Federal Statistika İnstitutunun ("Rosstat") məlumatına görə, 2023-cü ildə ölkədə yumurta 1,6 dəfə, dekabrda isə 18,2 % bahalaşıb.***Azərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18, 63 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.“Rosselxoznadzor”un məlumatına görə, Azərbaycandan göndərilən ərzaqlıq yumurtalar Rusiya ərazisində satış üçün nəzərdə tutulub. Yük müvəqqəti saxlama anbarına çatdıqdan sonra rusiyalı mütəxəssislər qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürüblər. İdarədən bildirilib ki, yanvarın 13-nə Azərbaycandan Rusiya Federasiyasına 1,8 milyon ədəd yumurta idxal edilib. Xatırladaq ki, Azərbaycandan 36 ton həcmində yeməli yumurtanın ilk partiyası dekabrın 19-da Rusiyaya göndərlib. Dekabrın 11-də "Rosselxoznadzo" Azərbaycandan gələn növbəti, dördüncü yükə baxış keçirib. Partiyanın həcmi daha sonra 18,63 ton (306 min ədəd) təşkil edib.Qeyd edək ki, son bir ildə Rusiya Federasiyasında toyuq yumurtası 1,5 dəfədən çox bahalaşıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev dekabrın sonunda söz vermişdi ki, Yeni ildən sonra ölkədə yumurtanın qiyməti aşağı düşməyə başlayacaq. Rusiya hökuməti 2024-cü il yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının rüsumsuz daşınmasına icazə verib. Azərbaycandan ərzaqlıq yumurtaların tədarükü üçün Rusiya bazarının açılması barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. 29.12.23, 19:48Azərbaycanın ardınca Türkiyə də Rusiyaya yumurta göndərməyə başlayıbAzərbaycanın ardınca Türkiyə də Rusiya Federasiyasına toyuq yumurtasının ixracına başlayıb. Bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, "Rosselxoznadzor" dekabrın 29-dan Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə icazə verib.Qərar inkubasiya yumurtalarına mövcud ehtiyacla əlaqədar, həmçinin məhsulların Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğuna zəmanət nəzərə alınmaqla qəbul edilib.25.12.23, 10:33Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilibAzərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib. Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20231214/rusiya-azerbaycan-ve-turkiyeden-toyuq-yumurtasi-alacaq-461282125.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_164:0:2836:2004_1920x0_80_0_0_babd0f21c6e2eea2e3fffad907ba6774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yumurta, azərbaycan, aqta, "rosselxoznadzor", iqtisadi
yumurta, azərbaycan, aqta, "rosselxoznadzor", iqtisadi
Azərbaycan yumurtasını Rusiya qeyd-şərtsiz idxal edir
23:00 14.01.2024 (Yenilənib: 10:02 15.01.2024) Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb.
BAKI, 14 yanvar - Sputnik. Azərbaycan yanvarın 14-dək Rusiya Federasiyasına 2,1 milyon ədəd yumurta tədarük edib.
Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) teleqram kanalında məlumat yayıb.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülüb.
Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına yumurta tədarükünə başlayıb.
Yanvarın əvvəlində Türkiyədən Rusiya Federasiyasına yumurta tədarükünə başlanılıb, ümumilikdə 633,6 min ədəd idxal edilib. Türkiyənin 21 müəssisəsi Rusiya Federasiyasına yumurta ixrac etmək hüququna malikdir.
Belarus da tədarükləri gücləndirib: yanvarın 1-dən yanvarın 9-dək keçən ilin eyni dövründəki 6,3 milyon yumurta ilə müqayisədə 11,7 milyon yumurta idxal edilib.
Nəticədə Kənd Təsərrüfatı Nazirliyi topdansatış bazarında yumurtanın qiymətində azalma qeydə alıb və bu tendensiyanın istehlakçı şəbəkəsinə də keçəcəyini gözləyir.
2024-cü il yanvarın 1-dən yumurtanın qiymətinin kəskin artması fonunda Rusiya Federasiyası onların idxalı üçün rüsumları altı ay ərzində sıfıra endirib. Gözlənilir ki, bu tədbir 1,2 milyard ədəd yumurtanın idxalına imkan verəcək və qiymət vəziyyətini sabitləşdirəcək.
Rusiyanın Federal Statistika İnstitutunun ("Rosstat") məlumatına görə, 2023-cü ildə ölkədə yumurta 1,6 dəfə, dekabrda isə 18,2 % bahalaşıb.
Azərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18, 63 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.
“Rosselxoznadzor”un məlumatına görə, Azərbaycandan göndərilən ərzaqlıq yumurtalar Rusiya ərazisində satış üçün nəzərdə tutulub.
Yük müvəqqəti saxlama anbarına çatdıqdan sonra rusiyalı mütəxəssislər qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürüblər.
İdarədən bildirilib ki, yanvarın 13-nə Azərbaycandan Rusiya Federasiyasına 1,8 milyon ədəd yumurta idxal edilib.
Xatırladaq ki, Azərbaycandan 36 ton həcmində yeməli yumurtanın ilk partiyası dekabrın 19-da Rusiyaya göndərlib. Dekabrın 11-də "Rosselxoznadzo" Azərbaycandan gələn növbəti, dördüncü yükə baxış keçirib. Partiyanın həcmi daha sonra 18,63 ton (306 min ədəd) təşkil edib.
Qeyd edək ki, son bir ildə Rusiya Federasiyasında toyuq yumurtası 1,5 dəfədən çox bahalaşıb. Rusiya Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri Dmitri Patruşev dekabrın sonunda söz vermişdi ki, Yeni ildən sonra ölkədə yumurtanın qiyməti aşağı düşməyə başlayacaq.
Rusiya hökuməti 2024-cü il yanvarın 1-dən iyunun 30-dək 1,2 milyard toyuq yumurtasının rüsumsuz daşınmasına icazə verib. Azərbaycandan ərzaqlıq yumurtaların tədarükü üçün Rusiya bazarının açılması barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Azərbaycanın ardınca Türkiyə də Rusiyaya yumurta göndərməyə başlayıb
Azərbaycanın ardınca Türkiyə də Rusiya Federasiyasına toyuq yumurtasının ixracına başlayıb.
Bu barədə "Rosselxoznadzor"un mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, "Rosselxoznadzor" dekabrın 29-dan Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə icazə verib.
Qərar inkubasiya yumurtalarına mövcud ehtiyacla əlaqədar, həmçinin məhsulların Rusiya və Avrasiya İqtisadi İttifaqının baytarlıq-sanitariya tələblərinə uyğunluğuna zəmanət nəzərə alınmaqla qəbul edilib.
Azərbaycandan Rusiyaya nə qədər yumurta göndərilib
Azərbaycandan Rusiyaya "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə 18 ton (306 min ədəd) həcmində ərzaqlıq yumurtanın növbəti partiyası ixrac edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı AQTA Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Qeyd edək ki, AQTA ilə "Rosselxoznadzor" arasında Azərbaycan Respublikasından Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.