https://sputnik.az/20231214/rusiya-azerbaycan-ve-turkiyeden-toyuq-yumurtasi-alacaq-461282125.html
Rusiya Azərbaycan və Türkiyədən toyuq yumurtası alacaq
Rusiya Azərbaycan və Türkiyədən toyuq yumurtası alacaq
Sputnik Azərbaycan
Daxili bazarı təmin etmək məqsədilə toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib. 14.12.2023, Sputnik Azərbaycan
2023-12-14T10:01+0400
2023-12-14T10:01+0400
2023-12-14T10:01+0400
yumurta
iqtisadiyyat
rusiya
türkiyə
azərbaycan
idxal
ixrac
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_0:158:3000:1846_1920x0_80_0_0_8be3519c9d14e4a5cc1a7318d9334e23.jpg
BAKI, 14 dekabr — Sputnik. Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonuna qədər, Türkiyədən isə yaxın vaxtlarda gözlənilir. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Nazirliyin məlumatına əsasən, 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib. Razılıq əldə olunub... Xatırladaq ki, bundan öncə Azərbaycandan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında razılıq əldə olunub. Bildirilib ki, ölkədə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub. Görüşdə "Rosselxoznadzor"un rəhbərinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır. Görüş zamanı qonaq ölkədə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb. Görüşdə həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması, səriştəlilik sınaqlarının həyata keçirilməsi və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb. Görüşdən sonra S.Dankvert iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Kompleks Tədqiqatlar, Milli Referens, Mərkəzi Fitosanitar və Səhra laboratoriyalarına baxış keçirib. Qonaq laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən "Rosselxoznadzor"un rəhbəri AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu bildirib. Eyni zamanda müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını vurğulayıb. AQTA sədri Qoşqar Təhməzli Agentliklə "Rosselxoznadzor" arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Həmçinin bildirib ki, bu əməkdaşlıq çərçivəsində yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanacaq. Bu isə ölkədə qida təhlükəsizliyi nəzarəti sisteminin sənaye quşçuluğu sahəsində də beynəlxalq standartlara uyğun qurulduğunu deməyə əsas verir. Azərbaycanda yumurta istehsalı artır Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 1,6 milyard ədəd yumurta istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 11,9 faiz artıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42434/66/424346625_164:0:2836:2004_1920x0_80_0_0_babd0f21c6e2eea2e3fffad907ba6774.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
yumurta, rusiya, türkiyə, azərbaycan, idxal, ixrac
yumurta, rusiya, türkiyə, azərbaycan, idxal, ixrac
Rusiya Azərbaycan və Türkiyədən toyuq yumurtası alacaq
Daxili bazarı təmin etmək məqsədilə toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib.
BAKI, 14 dekabr — Sputnik. Azərbaycandan Rusiyaya toyuq yumurtasının ilk tədarükü bu həftənin sonuna qədər, Türkiyədən isə yaxın vaxtlarda gözlənilir. Bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Daxili bazarı təmin etmək məqsədilə operativ tədbir çərçivəsində toyuq yumurtası ilə bağlı idxal rüsumlarının sıfıra endirilməsi barədə qərar qəbul edilib və bu məhsulun tədarükünün artırılması istiqamətində dost ölkələrlə də danışıqlar aparılır. Azərbaycandan ilk tədarüklər bu həftənin sonuna, yaxın gələcəkdə isə Türkiyədən gözlənilir. Nəticədə, növbəti ayda qiymət dinamikasının sabitləşəcəyi proqnozlaşdırılır", - məlumatda qeyd olunub.
Nazirliyin məlumatına əsasən, 2023-cü ilin 10 ayının yekunlarına görə, yumurta istehsalı 2,3% artaraq 31,74 milyard ədəd təşkil edib.
Xatırladaq ki, bundan öncə Azərbaycandan Rusiyaya quşçuluq məhsulları və ərzaqlıq yumurtanın ixracı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında razılıq əldə olunub.
Bildirilib ki, ölkədə rəsmi səfərdə olan Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") rəhbəri Sergey Dankvert Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) olub.
Görüşdə "Rosselxoznadzor"un rəhbərinə İnstitutun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar fəaliyyət göstərir. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələri aparılır.
Görüş zamanı qonaq ölkədə qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı, maddi-texniki bazanın modernləşdirilməsi sahəsində həyata keçirilən işlər və nailiyyətlər barədə də məlumatlandırılıb. AQTİ-nin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçi heyətin nəzəri və təcrübi biliklərinin artırılması istiqamətində beynəlxalq təşkilatlarla qurulan sıx və səmərəli əməkdaşlıq əlaqələrindən danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər diqqətə çatdırılıb.
Görüşdə həmçinin iki ölkənin müvafiq qurumları arasında təcrübə mübadiləsinin aparılması, səriştəlilik sınaqlarının həyata keçirilməsi və digər məsələlər üzrə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu vurğulanıb, mövcud imkanlar nəzərdən keçirilib, təkliflər irəli sürülüb.
Görüşdən sonra S.Dankvert iş prinsipini öyrənmək məqsədilə AQTİ-nin Kompleks Tədqiqatlar, Milli Referens, Mərkəzi Fitosanitar və Səhra laboratoriyalarına baxış keçirib. Qonaq laborator sınaqların həyata keçirildiyi otaqlara baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıb. Eləcə də bitki və heyvan mənşəli qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə həyata keçirilən laborator müayinə üsulları ilə tanış olub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Laboratoriyalara baxış keçirildikdən sonra jurnalistlərə açıqlama verən "Rosselxoznadzor"un rəhbəri AQTİ-də laboratoriya sisteminin peşəkarlıqla qurulduğunu bildirib. Eyni zamanda müvafiq müayinələrin yüksək səviyyədə aparıldığını vurğulayıb.
AQTA sədri Qoşqar Təhməzli Agentliklə "Rosselxoznadzor" arasında qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlığın mövcud olduğunu qeyd edib. Həmçinin bildirib ki, bu əməkdaşlıq çərçivəsində yaxın günlərdə Azərbaycandan Rusiyaya quşçuluq məhsullarının, xüsusilə də ərzaqlıq yumurtanın ixrac olunmasına başlanacaq. Bu isə ölkədə qida təhlükəsizliyi nəzarəti sisteminin sənaye quşçuluğu sahəsində də beynəlxalq standartlara uyğun qurulduğunu deməyə əsas verir.
Azərbaycanda yumurta istehsalı artır
Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkədə 1,6 milyard ədəd yumurta istehsal olunub. 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 11,9 faiz artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.