DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Alen Delonun övladları aktyoru öldürmək cəhdində ittiham olunurlar

© AFP 2023 / THOMAS SAMSONФранцузский актер Ален Делон (справа) со своим сыном Энтони
Французский актер Ален Делон (справа) со своим сыном Энтони  - Sputnik Azərbaycan, 1920, 14.01.2024
Abunə olmaq
Rollen Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda ittiham edib.
BAKI, 14 yanvar - Sputnik. Məşhur fransız aktyor Alen Delonun övladları atalarını qəsdən öldürməyə cəhddə ittiham olunublar.
“Report”un məlumatına görə, özünü Fransa kino ulduzunun keçmiş həyat yoldaşı adlandıran Hiromi Rollen bu barədə prokurorluğa ərizə verib.
Rollinin dediyinə görə, o, Delonla birlikdə yaşadığı zaman aktyorun vəziyyəti İsveçrə həkimlərinin müşahidəsi sayəsində sabit olub. Prokurorluğa ünvanlanmış məktuba görə qadın sənətçinin evini tərk etmək məcburiyyətində qaldıqdan sonra, o, həkimlə planlaşdırılan bir neçə görüşü buraxıb.
Rollen Delonun uşaqlarını atalarının müalicəsini dayandırmaqda ittiham edib.
Qadın buna sübut kimi Delon qardaşlarının və bacısı Anuşkanın yazışmalarını da göstərib, burada aktyorun oğlu Entoni atasının kimyəvi terapiyasını dayandırmağı təklif edib. Vəkil Rollen onun adından yazdığı məktubda Delon uşaqlarının bu cür hərəkətlərinin qətl cəhdi kimi qiymətləndirilə biləcəyinə işarə edib.
Xəbər lenti
0