https://sputnik.az/20240113/yanvarin-13-de-hansi-elametdar-hadiseler-bas-verib-461901906.html
Yanvarın 13-də hansı əlamətdar hadisələr baş verib
Yanvarın 13-də hansı əlamətdar hadisələr baş verib
Sputnik Azərbaycan
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun. 13.01.2024, Sputnik Azərbaycan
2024-01-13T08:29+0400
2024-01-13T08:29+0400
2024-01-13T08:29+0400
yanvar
cəmiyyət
qanun
azərbaycan
disk
istehsal
olimpiada
"olimpiya"
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461700228_42:0:1158:628_1920x0_80_0_0_257f7d77a57f22bf35d4c775e48ff80a.jpg
BAKI, 13 yanvar — Sputnik. Yanvarın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib. Yanvarın 13-də kimlər anadan olub? Ruhulla Axundov (1897-1938) - Azərbaycan inqilabçısı, sovet partiya və dövlət xadimi, publisist, alim və Azərbaycan SSR xalq maarif komissarıdır (1927-1930). Lev Kuleşov (1899-1970) - rusiyalı kinorejissor, aktyor, ssenarist, kino nəzəriyyəçisi və RSFSR xalq artistidir. Aktyor Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun yaradıcılarından və ilk müəllimlərindən biridir. O, Kuleşov effektinin və Kuleşov "coğrafi" eksperimentinin yaradıcısıdır. Mixail Lobanov (1945-2022) - Rusiyanın teatr və kino aktyoru, pedaqoqu, professoru, teatr rejissoru, RF əməkdar artistidir. Vitali Şerbo (1972) - Belarus gimnastı, altı qat Olimpiya çempionu, dörd qat Olimpiya Oyunlarının bürünc mükafatçısı, 12 qat dünya çempionu, idman gimnastikası üzrə ikiqat Dünya Kubokunun qalibidir. Orlando Blum (1977) – İngiltərənin kino aktyorudur. O, "Üzüklərin hökmdarı" film trilogiyasında və "Hobbit"dəki rolları sayəsində məşhurlaşıb, həmçinin "Karib dənizinin quldurları" və s. filmlərdə rol alıb. Yanvarın 13-də dünyada baş verən tarixi hadisələr 1840-cı ildə "Leksinqton"təkərli paraxodu Nyu-Yorkdan Stoninqtona gedərkən qəzaya uğrayıb. Gəminin göyərtəsində baş verən yanğın nəticəsində 140 nəfər həlak olub. 1872-ci ildə Rusiya meteoroloji xidməti yaradılıb. Məhz bu gündə Sankt-Peterburqun Baş Geofizika Rəsədxanası gündəlik hava bülletenlərini verməyə başlayıb. 1957-ci ildə ABŞ-da "frisbi" uçan disklərinin istehsalına başlanılıb. Bu kənarları içəriyə doğru əyilmiş 20-25 sm diametrli plastik diskdir. O, elə hazırlanıb ki, onun uçuşu zamanı diski xeyli məsafəyə və böyük dəqiqliklə atmağa imkan verən qaldırıcı qüvvə yaranır. 2004-cü ildə Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib. 2012-ci ildə 4234 nəfəri daşıyan "Costa Concordia" kruiz layneri İtaliya sahillərində qəzaya uğrayıb. Burada 30 nəfər həlak olub və iki nəfər itkin düşüb. Bu, dünya tarixində ən böyük gəmi qəzasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/1e/461700228_182:0:1019:628_1920x0_80_0_0_82f9cba00735f1fde4529d48395e4674.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Kəmalə Əliyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241105_0:0:640:641_100x100_80_0_0_5dbc84add6e6f16e92f3dc6b604e67db.jpg
yanvar, qanun, azərbaycan, disk, istehsal, olimpiada, "olimpiya"
yanvar, qanun, azərbaycan, disk, istehsal, olimpiada, "olimpiya"
Yanvarın 13-də hansı əlamətdar hadisələr baş verib
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 13 yanvar — Sputnik. Yanvarın 13-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 13-də kimlər anadan olub?
Ruhulla Axundov (1897-1938) - Azərbaycan inqilabçısı, sovet partiya və dövlət xadimi, publisist, alim və Azərbaycan SSR xalq maarif komissarıdır (1927-1930).
Lev Kuleşov (1899-1970) - rusiyalı kinorejissor, aktyor, ssenarist, kino nəzəriyyəçisi və RSFSR xalq artistidir. Aktyor Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun yaradıcılarından və ilk müəllimlərindən biridir. O, Kuleşov effektinin və Kuleşov "coğrafi" eksperimentinin yaradıcısıdır.
Mixail Lobanov (1945-2022) - Rusiyanın teatr və kino aktyoru, pedaqoqu, professoru, teatr rejissoru, RF əməkdar artistidir.
Vitali Şerbo (1972) - Belarus gimnastı, altı qat Olimpiya çempionu, dörd qat Olimpiya Oyunlarının bürünc mükafatçısı, 12 qat dünya çempionu, idman gimnastikası üzrə ikiqat Dünya Kubokunun qalibidir.
Orlando Blum (1977) – İngiltərənin kino aktyorudur. O, "Üzüklərin hökmdarı" film trilogiyasında və "Hobbit"dəki rolları sayəsində məşhurlaşıb, həmçinin "Karib dənizinin quldurları" və s. filmlərdə rol alıb.
Yanvarın 13-də dünyada baş verən tarixi hadisələr
1840-cı ildə "Leksinqton"təkərli paraxodu Nyu-Yorkdan Stoninqtona gedərkən qəzaya uğrayıb. Gəminin göyərtəsində baş verən yanğın nəticəsində 140 nəfər həlak olub.
1872-ci ildə Rusiya meteoroloji xidməti yaradılıb. Məhz bu gündə Sankt-Peterburqun Baş Geofizika Rəsədxanası gündəlik hava bülletenlərini verməyə başlayıb.
1957-ci ildə ABŞ-da "frisbi" uçan disklərinin istehsalına başlanılıb. Bu kənarları içəriyə doğru əyilmiş 20-25 sm diametrli plastik diskdir. O, elə hazırlanıb ki, onun uçuşu zamanı diski xeyli məsafəyə və böyük dəqiqliklə atmağa imkan verən qaldırıcı qüvvə yaranır.
2004-cü ildə Azərbaycanda "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun qəbul edilib.
2012-ci ildə 4234 nəfəri daşıyan "Costa Concordia" kruiz layneri İtaliya sahillərində qəzaya uğrayıb. Burada 30 nəfər həlak olub və iki nəfər itkin düşüb. Bu, dünya tarixində ən böyük gəmi qəzasıdır.