Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiyanın "Drel"i döyüşə hazırdır

© Photo : Антон Тушин / Ростех "Drel" yüksək dəqiqlikli planlaşdıran kasset aviabombası
 Drel yüksək dəqiqlikli planlaşdıran kasset aviabombası - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Hərbi icmalçı Aleksandr Xrolenko qeyd edir ki, Rusiyanın texnoloji cəhətdən mükəmməl və güclü planlaşdıran aviabombları Ukraynadakı XHƏ-nin məqsədlərinə çatmasını, dünyada bərabər və bölünməz təhlükəsizlik sisteminin formalaşmasını sürətləndirir.
"Rostex" yanvarın 10-da dövlət sınaqlarının uğurla başa çatdığını və 500 kq olan kalibrli "Drel" yüksək dəqiqlikli planlaşdıran kasset aviabombasının kütləvi istehsalına başladığını bildirib.
Rusiya Aerokosmik Qüvvələri 10-15 km hündürlükdən uçan "ağıllı" hava bombalarının arsenalını artırır. Buraya artıq inersial-peyk tuşlama sistemləri olan UPAB-1500B və UPAB-500B, lazer təyinat başlığı olan KAB-250LQ və universal planlaşdırma və düzəliş modulları (UMPC) olan füqaslı silah-sursat daxildir.
Yeni seriya Rusiya aviasiyasına Ukrayna hərbi əməliyyatlar teatrında düşmənin mövqelərini daha fəal şəkildə məhv etməyə imkan verəcək.
Planlaşdıran "Drel" aviabombası 15 avtomatik tuşlama elementlərinə malikdir və buraxılış məntəqəsindən 30 km-dən çox məsafədə zirehli texnikaları, hava hücumundan müdafiə sistemlərini, raket komplekslərini, artilleriyanı və düşmənin idarəetmə məntəqələrini məhv etmək üçün nəzərdə tutulub.
"Drel"in texnoloji xüsusiyyətləri yüksək dəqiqlik, böyük faydalı yük əmsalı, radarlar üçün görünməzlik və sursatların özünü məhv etmə mexanizmidir.

Rusiya Aerokosmik Qüvvələrinin digər idarə olunan planlaşdırma bombaları kimi, "Drel" də 14 km-ə qədər hündürlükdə "atdı və unutdu" prinsipinə əsasən istifadə olunur, onun döyüş gücü isə "JDAM" tipli NATO analoqlarını üstələyir.

Naviqasiya "QLONASS" peyk sistemi və digər istiqamətləndirici vasitələrdən istifadə etməklə həyata keçirilir. "Drel"in uzunluğu 3,1 m, çəkisi isə 540 kq-dır.
"Texmaş" şirkətinin icraçı direktoru Aleksandr Koçkin bu yaxınlarda "Drel" aviabombası əsasında xüsusiyyətlərini yalnız təxmin etmək mümkün olan "müxtəlif məqsədlər üçün məhsullar"ın bütöv bir xəttinin yaradılacağını bildirib.
Yeni aviabombanın yaradılması haqqında ilk dəfə 2016-cı ildə elan edilib.
Xüsusi hərbi əməliyyat (XHƏ) zonasında cəbhənin bəzi hissələrində Rusiyanın Su-34 qırıcıları hər gün düşmənə qarşı 40-a qədər yüksək dəqiqlikli planlaşdıran kalibrli aviabombalardan çox effektiv istifadə edir. Onları zenit kompleksləri və ya radioelektron mübarizə sistemləri ilə ələ keçirmək mümkün deyil. Ön planda olan Ukrayna hərbçiləri sübut edirlər ki, planlaşdıran bombalarla metodik zərbələr "cəhənnəmin qapılarını açır" və hətta dərin beton bunkerlərdə də onlardan xilas yoxdur.
Reallığa qayıdış
Rusiya hərbi-sənaye kompleksi yüksək güclü planlaşdıran aviabombaların seriyalı istehsalına xüsusi hərbi əməliyyatdan xeyli əvvəl başlayıb, lakin NATO-nun kəşfiyyat, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri ilə dolmuş Ukrayna hərbi əməliyyatlar teatrı Ukrayna Silahlı Qüvvələrinin (USQ) müdafiəsini qırmaqda bu cür məhvetmə silahların xüsusi rolunu müəyyən edib.
Məsələn, UPAB-1500B idarə olunan aviabombalar 2022-ci ilin yazında istifadə olunmağa başlayıb və Ukrayna komandanlığı onları dərhal "fövqəladə təhlükə" adlandırıb. Güclü UPAB-1500B planlaşdıran aviabomba 1010 kq ağırlığında döyüş başlığı ilə buraxılış nöqtəsindən 50 km-ə qədər məsafədə hədəfləri vurmağa qadirdir və Su-30SM və Su-35 çoxməqsədli qırıcıları, Su-34 bombardmançıları və Su-25 hücum təyyarələri ilə uyğun gəlir.
Sonradan yenə də USQ və NATO Rusiyanın ağır "valkiriyalarının" naviqasiyasını vurmağı və ya məhv etməyi öyrənmədilər. Əlbəttə ki, ən yeni "Drel" düşmənə yeni problemlər və itkilər əlavə edəcəkdir.

Planlaşdıran slah-sursatların aktiv tətbiqi Ukrayna Silahlı Qüvvələrinin bütün möhkəmləndirilmiş ərazilərini operativ şəkildə "tərki silah edir". Yaxın gələcəkdə süni intellektin inkişafı isə Rusiyanın planlaşdıran aviabomblarının imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Qərbdə ekspertlər Rusiya Aerokosmik Qüvvələri tərəfindən 500-dən 1500 kq-a qədər kalibrli "ağıllı" aviabombaların döyüş istifadəsini həyəcanla təhlil edirlər və bunu təkcə marionet Ukrayna ordusu üçün deyil, "artan problem" kimi görürlər, çünki ABŞ və NATO-nun əks tədbirləri yoxdur.
"Patriot", "NASAMS", "İris-T" və digər zenit-raket komplekslərin bu sahədə tamamilə yararsız olduğu ortaya çıxdıb. Taliblərə və digər "üsyançılara" qarşı mübarizədə radioelektron mübarizə sistemləri ümumiyyətlə tələb olunmayıb.
Digər tərəfdən, 1020 kq ağırlığında və 109 kq döyüş başlığı olan ABŞ-ın planlaşdıran aviabombası - beton deşən GBU-34 atılan yerdən yalnız 24 km-ə qədər hədəfə uça bilir və bütün göstəricilərə görə Rusiyanın analoqlarından əhəmiyyətli dərəcədə geridə qalır.
Ukrayna hərbi əməliyyatlar teatrında GPS-yönəltməsi ilə ABŞ-ın planlaşdıran aviabombaları - 225-dən 450 kq-a qədər olan (Ukraynanın MiQ-29 ilə birləşdirilmiş) kalibrli "JDAM-ER" (Joint Direct Attack Munition), eləcə də 150 km məsafəli və 115 kq ağırlığında döyüş başlığı olan "yerüstü" GLSDB bombaları gözləntiləri doğrultmayıb. Rusiyanın radioelektron mübarizə texnologiyaları gözlənilmədən NATO üçün "kor edici" olub. Rusiya dalğa maneələrinin gücü kosmosdan GPS siqnallarını pozur. Rusiya radioelektron mübarizə sistemləri ABŞ və NATO-nun bütün koordinat sistemini dəyişdirən dəyişikliklərlə GPS siqnallarını ələ keçirmək və yenidən ötürmək qabiliyyətinə malikdir.
"Business Insider" bu yxınlarda bildirib: "Rusiyanın radioelektron dalğaları o qədər effektivdir ki, Ukrayna, eləcə də ABŞ və NATO öz hədəflərini vurmaq üçün artıq JDAM aviabombalarına və digər "ağıllı" silahlara arxalana bilməz".
"The American Conservative" jurnalı əlavə edib: Kiyev rejiminin istəkləri onun imkanlarını xeyli üstələyir, Rusiya isə "ABŞ ilə proksimüharibədə qalib gəlir".
Xəbər lenti
0