DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qara, sarışın və kürən: saç rəngi ilə ömür uzunluğu arasında əlaqə tapıldı

© AFP 2024 / Kazuhiro NogiSaç
Saç - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Qara saçlı insanlarda daha çox melanin var ki, bu da onları zərərli ultrabənövşəyi şüalardan qorumağa kömək edir.
BAKI, 13 yanvar — Sputnik. İngiltərədəki Kembric Universitetinin Kliniki Tibb Məktəbinin son araşdırmasına görə, saçın rəngi ömrün uzunluğuna təsir göstərə bilər. "Nature" bu barədə xəbər verib.
Alimlər yarım milyon insanın DNT-sini araşdırdıqdan sonra oxşar bəyanatla çıxış ediblər.
Məlum olub ki, kürən saçları olan insanlar digərlərindən daha uzun yaşayırlar. Alimlər hesab edirlər ki, bu, həmin saç rənginə malik insanların müəyyən xəstəliklərə qarşı daha davamlı olmasına səbəb olan genetik xüsusiyyətlərin nəticəsidir.
Qara saçlı insanlarda daha çox melanin var ki, bu da onları zərərli ultrabənövşəyi şüalardan qorumağa kömək edir. Müvafiq olaraq, onların da ömrü uzundur.
Doğrudur, alimlər qeyd edirlər ki, saç rəngi ömür uzunluğuna təsir edən amillərdən yalnız biridir. Bir insanın neçə il yaşamasına əsasən genetika, həyat tərzi, pəhriz və fiziki fəaliyyət səviyyəsi təsir edir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0