DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Moskva Fələstin liderinin Rusiyaya səfər edəcəyinə ümid bəsləyir

© Sputnik / Sergey Mamontov / Mediabanka keçidMahmud Abbas
Mahmud Abbas - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Fələstin prezidentinin səfəri ötən il nəzərdə tutulmuşdu. Lakin Qəzza zolağındakı ağır vəziyyət və Fələstin tərəfinin xahişi ilə səfər təxirə salındı.
BAKI, 13 fevral — Sputnik. Rusiya Fələstin Prezidenti Mahmud Abbası qəbul etməyə hazırdır. Bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov "RİA Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Abbasın ölkəyə hazırda qüvvədə olan dəvəti var. Kreml ümid edir ki, səfər razılaşdırılacaq və prezident hər iki dövlət üçün əlverişli vaxtda Rusiyaya səfər edəcək.
"Abbasın hazırda qüvvədə olan dəvəti var" - Peskov belə deyib.
Qeyd edək ki, Fələstin prezidentinin səfəri ötən il nəzərdə tutulmuşdu. Lakin Qəzza zolağındakı ağır vəziyyət və Fələstin tərəfinin xahişi ilə səfər təxirə salındı. Dekabrda Mahmud Abbas və Rusiya Prezidenti Vladimir Putin telefonla danışıblar. Onlar Fələstin-İsrail münaqişəsinin gərginləşməsini və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
09.01.24, 15:00
Mahmud Abbasın Rusiyaya səfəri ilə bağlı açıqlama
Fələstin prezidenti Mahmud Abbasın Rusiyaya səfər fevralda baş tuta bilər. Bunu RİA Novosti-yə Fələstin prezidentinin müşaviri Mahmud əl-Həbbaş deyib.
"Konkret gün hələ müəyyən edilməyib, lakin böyük ehtimalla fevralda baş tutacaq. Ayla bağlı razılıq əldə olunub, lakin gün müəyyənləşdirilməyib", - Mahmud əl-Həbbaş bildirib.
Fələstin liderinin müşavirinin sözlərinə görə, Abbasın Rusiyaya səfəri zamanı həm Moskva ilə Ramallah arasında ikitərəfli münasibətlər, həm də Rusiyanın Fələstin xalqının hüquqlarının dəstəklənməsində və Yaxın Şərqdəki siyasi vəziyyətin tənzmimlənməsindəki rolu ilə bağlı müzakirələr aparılacaq.
Xatırladaq ki, 2023-cü ildə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov jurnalistlərə açıqlamasında Mahmud Abbasın Rusiyaya səfərinin noyabrın 15-nə planlaşdırıldığını, lakin Fələstin tərəfinin xahişi ilə təxirə salındığını bildirmişdi.
Xəbər lenti
0