https://sputnik.az/20240113/guclu-yadplanetli-radiosiqnalin-menbeyi-tapilib-461870536.html
Güclü "yadplanetli radiosiqnalın" mənbəyi tapılıb
Güclü "yadplanetli radiosiqnalın" mənbəyi tapılıb
Sputnik Azərbaycan
Partlayış Əqrəb bürcündə yerləşən yeddi qalaktikadan ibarət kompakt qrup daxilində yaranıb. Alimlərin fikrincə, radiosiqnal ən qeyri-adi şəraitdə formalaşıb. 13.01.2024, Sputnik Azərbaycan
2024-01-13T19:36+0400
2024-01-13T19:36+0400
2024-01-13T19:36+0400
yadplanetli
dünya xəbərləri
siqnal
astronavt
teleskop
əqrəb
müşahidə
https://cdnn1.img.sputnik.az/img/42114/53/421145351_0:27:1484:862_1920x0_80_0_0_1d8262bbbfef5d83ec78dc147b8060f8.jpg
BAKI, 10 yanvar — Sputnik. 2022-ci ilin yayında mənşəyi naməlum FRB 20220610A kosmik radio dalğalarının rekord güclü və uzaq partlayışı qeydə alınıb. Hazırda amerikalı alimlər onun mənbəyini aşkar ediblər. Bu barədə ABŞ Şimal-Qərb Universitetinin mətbuat xidməti məlumat yayıb. Məlum olub ki, partlayış Əqrəb bürcündə yerləşən yeddi qalaktikadan ibarət kompakt qrup daxilində yaranıb. Alimlərin fikrincə, radiosiqnal ən qeyri-adi şəraitdə formalaşıb. Bu fakt "Habbl" orbital rəsədxanasından alınan görüntülər sayəsində müəyyən edilib. Bu görüntülərdə partlayışın tək qalaktikanın daxilində deyil, bir-biri ilə qarşılıqlı təsirdə olan qalaktikalar qrupunda baş verdiyini müşahidə etmək mümkündür. Onlar bir-birinə yaxın yerləşir və daimi qravitasiya əlaqəsindədirlər. "Bu qalaktikalar qrupunun, eləcə də bu sirli radio siqnallarının yarandığı digər qeyri-adi obyektlərin sonrakı tədqiqi bizi onların təbiətini anlamağa yaxınlaşdıracaq", - deyə elmi işçi Aleksa Qordon bildirib. FRB 20220610A öz növünün digər partlayışlarından daha güclü olub. Məhz gücünə görə partlama "yadplanetli radio siqnalı" adlandırılıb. Daha əvvəl bildirilmişdi ki, "Habbl" kosmik teleskopu Yerdən ən uzaqda olan müşahidə edilə bilən ulduzu kəşf edib. Bu ulduz, demək olar ki, 13 milyard il əvvəl yaranıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42114/53/421145351_150:0:1335:889_1920x0_80_0_0_a4caba554a7ced980ae9400207a8ec81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
yadplanetli, siqnal, astronavt, teleskop, əqrəb, müşahidə
yadplanetli, siqnal, astronavt, teleskop, əqrəb, müşahidə
Güclü "yadplanetli radiosiqnalın" mənbəyi tapılıb
Partlayış Əqrəb bürcündə yerləşən yeddi qalaktikadan ibarət kompakt qrup daxilində yaranıb. Alimlərin fikrincə, radiosiqnal ən qeyri-adi şəraitdə formalaşıb.
BAKI, 10 yanvar — Sputnik. 2022-ci ilin yayında mənşəyi naməlum FRB 20220610A kosmik radio dalğalarının rekord güclü və uzaq partlayışı qeydə alınıb. Hazırda amerikalı alimlər onun mənbəyini aşkar ediblər.
Bu barədə ABŞ Şimal-Qərb Universitetinin mətbuat xidməti məlumat yayıb.
Məlum olub ki, partlayış Əqrəb bürcündə yerləşən yeddi qalaktikadan ibarət kompakt qrup daxilində yaranıb. Alimlərin fikrincə, radiosiqnal ən qeyri-adi şəraitdə formalaşıb.
Bu fakt "Habbl" orbital rəsədxanasından alınan görüntülər sayəsində müəyyən edilib. Bu görüntülərdə partlayışın tək qalaktikanın daxilində deyil, bir-biri ilə qarşılıqlı təsirdə olan qalaktikalar qrupunda baş verdiyini müşahidə etmək mümkündür. Onlar bir-birinə yaxın yerləşir və daimi qravitasiya əlaqəsindədirlər.
"Bu qalaktikalar qrupunun, eləcə də bu sirli radio siqnallarının yarandığı digər qeyri-adi obyektlərin sonrakı tədqiqi bizi onların təbiətini anlamağa yaxınlaşdıracaq", - deyə elmi işçi Aleksa Qordon bildirib.
FRB 20220610A öz növünün digər partlayışlarından daha güclü olub. Məhz gücünə görə partlama "yadplanetli radio siqnalı" adlandırılıb.
Daha əvvəl bildirilmişdi ki, "Habbl" kosmik teleskopu Yerdən ən uzaqda olan müşahidə edilə bilən ulduzu kəşf edib. Bu ulduz, demək olar ki, 13 milyard il əvvəl yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.