Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ermənistan rəsmilərini reqressiyadan danışmağa nə məcbur edir?

© iStock.com / Oleksandr FilonAzərbaycan və Ermənistan bayraqları, arxiv
Azərbaycan və Ermənistan bayraqları, arxiv - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Abunə olmaq
Politoloq Natiq Miri bildirir ki, Ermənistan rəsmilərinin açıqlamaları müəyyən mənada Lui Bononun səfəri ilə əlaqədardır.
BAKI, 13 yanvar — Sputnik. Son zamanlar Ermənistan rəsmiləri sülh sazişi ilə bağlı bədbin açıqlamalar verirlər. Xüsusən də Qərb diplomatlarının səfərindən sonra bu açıqlamalar daha aydın ifadə olunur.
Ermənistanla bağlı Qərbin planları səngimir, bu ölkə ilə bağlı hər gün yeni xəbərlər yayılır. Xüsusən də Almaniyanın Ermənistana maliyyə yardımı ilə bağlı iddialar fonunda bu ölkənin hansı siyasi xətti tutacağı maraqla gözlənilir.
Millət vəkili Aydın Mirzəzadə və politoloq Natiq Miri Ermənistanın sülh danışıqları prosesində son zamanlar tutduğu mövqe ilə bağlı Sputnik Azərbaycan-a danışıblar.
Millət vəkili Aydın Mirzəzadə deyir ki, ermənistan istədikləri alınmır:
"Bu ölkə məqsədli surətdə gələcək sülh müqaviləsində Azərbaycanın suverenliyinə zidd olacaq müddəaların yer almasına çalışır. Sülh müqaviləsindən sonra həll ediləcək məsələləri indidən Azərbaycanın öhdəliyinə qoymağa səy göstərir. Azərbaycan öz suverenliyini qoruduğu üçün bu təşəbbüsləri qəbuledilməz sayır".
© Photo : REPORTMillət vəkili Aydın Mirzəzadə
Millət vəkili Aydın Mirzəzadə - Sputnik Azərbaycan, 1920, 13.01.2024
Millət vəkili Aydın Mirzəzadə
Millət vəkili deyir ki, Ermənistanın nəzərində reqressiya təşəbbüslərinin boşa çıxmasını ifadə edir:

"Sülh müqaviləsi beynəlxalq hüquq normaları əsasında imzalanmalıdır. Azərbaycan təklif etdiyi beş prinsip də buna uyğundur. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsabibəsində bu məsələlər aydın şəkildə ictimaiyyətə təqdim edildi. Ermənistan digər ölkələrdən aldığı direktiv əsasında siyasi istiqamətini müəyyənləşdirdiyi üçün 70 gün ərzində Azərbaycan sülh təklifləri paketinə 70 gün ərzində cavab verməmişdi. Cənab Prezident də açıq şəkildə bildirdi ki, bunun müqabilində Ermənistana vəd olunmuşdu ki, Azərbaycana təzyiqlər ediləcək, sanksiyalar tətbiq olunacaq, amma bunlar baş vermədi. Bu baxımdan hesab edirəm ki, Ermənistan sülh prosesində məntiqli mövqe tutaraq özü-özünü saldığı blokadadan çıxarmalıdır".

Politoloq Natiq Miri bildirir ki, Ermənistan rəsmilərinin açıqlamaları müəyyən mənada Lui Bononun səfəri ilə əlaqədardır:

"Bildiyiniz kimi Lui Bononun Azərbaycana da səfər edəəcyi gözlənilirdi, ancaq bu baş tutmadı. Açıq desək Bono Bakıda qəbul olunmadı. Bizə aydın olur ki, Ermənistana sülh danışıqlarının əsas məqamları, xüsusən də Zəngəzur dəhlizi ilə bağlı yeni tezislər ötürülüb. Bu baxımdan Ermənistan rəsmiləri sülhə meylli olduqlarını göstərmək istəsələr də, təzadlı açıqlamalar verirlər. Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin verdiyi açıqlamalar da göstərir ki, hələ Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı konseptual yanaşma yoxdur. Ermənistan sadəcə qeyri-müəyyənlik irəli sürür və onun davranışları sülh prosesini uzatmağa xidmət edir".

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da keçirdiyi brifinqdə bildirib.ki, İrəvanın Bakı ilə sülh müqaviləsində "reqressiya" ilə bağlı bəyanatları ilə ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun Ermənistana səfəri arasında əlaqə olduğunu istisna etmir.
Politoloq qeyd edir ki, Azərbaycan üçün sülh sazişi ilə bağı danışıqların davam etdirilməsi üçün hər hansı problem yoxdur:

"Sülh istəmirlərsə, Ermənistan yenə də blokada da qalmağa davam edəəck. Kommunikasiyaların açılması Azərbaycan üçün elə bir zərurət təşkil etmir. Naxçıvanla bağlı məsələ konkret olaraq İranla razıalşdırıldığı üçün bu istiqamətdə də problem olduğunu düşünmürəm. Orta Dəhlizin fəaliyyəti üçün isə Bakı-Tbilisi- Qars dəmiryolu fəaliyyət göstərir və bu özünü doörultmaqdadır. Bu baxımdan mövcuz vəziyyətdə Azərbaycan üçün problem yoxdur".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0