https://sputnik.az/20240113/azerbaycanda-taksi-xidmeti-ile-bagli-yenilik---yeni-telebler-qoyulacaq-461909045.html
Azərbaycanda taksi xidməti ilə bağlı yenilik - Yeni tələblər qoyulacaq
Azərbaycanda taksi xidməti ilə bağlı yenilik - Yeni tələblər qoyulacaq
Sputnik Azərbaycan
Tural Orucov bildirib ki, bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. 13.01.2024, Sputnik Azərbaycan
2024-01-13T09:02+0400
2024-01-13T09:02+0400
2024-01-13T09:02+0400
taksi
cəmiyyət
qayda
təlim
minik avtomobili
proqram
yerüstü nəqliyyat agentliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391853_0:161:3068:1887_1920x0_80_0_0_fbebb6c9d723d8e452b164d90035abc9.jpg
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda təlim keçməyən sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib. O, bildirib ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. T.Orucov deyib ki, təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir: "Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur. Artıq regionlarda 600-dək sürücü təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib". Onun sözlərinə görə, bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu təlimləri bitirib: "Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir. İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır". Qurum səlahiyyətlidi bildirib ki, tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. "Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq", - deyə Tural Orucov bildirib. Qurumun sözçüsü bildirib ki, təlim üçün taksi sürücülər 76 manat rüsum ödəməlidirlər. T. Orucov bildirib ki, təlimlərdə iştirak tələbi bütün taksi sürücülərinə (Bolt, Uber və sair taksi şirkətləri) aiddir. O, əlavə edib ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək. Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənib. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi sürücülərinin təlimlərə cəlb olunması müsbət addımdır. E. Muradlı bildirib ki, bu taksi xidmətində xidmət keyfiyyətinin artırılmasına hesablanıb: "İndiyədək bəzi taksi sürücüləri bu tələbi qulaqardına vururdu. Amma artıq qəti qərar var ki, təlimlərdə iştirak edib müvafiq şəhadətnamə almayan taksi sürücülərinə buraxılış vəsiqəsi və müvafiq kart verilməyəcək. Bu halda onlar taksi fəaliyyəti ilə də məşğul ola bilməyəcəklər. Gələcəkdə belə taksi sürücüləri cərimə olunacaqlar". E.Muradlı bildirib ki, taksi avtomobillərinin texniki parametrləri ilə bağlı da qərarın verilməsi gözlənilir. Bu zaman taksi avtomobilinin ili, rəngi və sair tələblər qoyulacaq. "Taksi sürücülərinə bildirilib ki, yeni qayda ilə təlim keçməlidirlər. Bəziləri buna əhəmiyyət vermir. Belələri cərimə olunanda səs-küy salacaqlar. Ona görə də, indidən təlimdə iştirak etmələri tövsiyyə olunu. Nəzərə almalıdırlar ki, gələcəkdə onlara taksi buraxılış kartları verilmədikdə cərimə olunacaqlar", - deyə Elməddin Muradlı bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/12/461391853_169:0:2900:2048_1920x0_80_0_0_c81e30d78d8ce8551ab210569e7484e5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
taksi, qayda, təlim, minik avtomobili, proqram, yerüstü nəqliyyat agentliyi
taksi, qayda, təlim, minik avtomobili, proqram, yerüstü nəqliyyat agentliyi
Azərbaycanda taksi xidməti ilə bağlı yenilik - Yeni tələblər qoyulacaq
Tural Orucov bildirib ki, bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib.
BAKI, 13 yanvar — Sputnik. Azərbaycanda təlim keçməyən sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov məlumat verib. O, bildirib ki, "Avtomobil nəqliyyatı haqqında" Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
T.Orucov deyib ki, təlimlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Təlim-Tədris Mərkəzi ilə yanaşı, AYNA ilə əməkdaşlıq çərçivəsində regionlarda yerləşən ali təhsil müəssisələrində - Gəncə şəhərindəki Azərbaycan Texnologiya Universiteti, Sumqayıt və Mingəçevir Dövlət universitetlərində keçirilir: "Hazırda Yevlax və Şəki şəhərlərində də taksi sürücülərinin müraciətləri qəbul olunur. Artıq regionlarda 600-dək sürücü təlimləri müvəffəqiyyətlə bitirərək şəhadətnamə əldə edib".
Onun sözlərinə görə, bu günədək təlimlərdə iştirak etmək üçün ümumilikdə 16 mindən çox sürücü müraciət edib. Onlardan 13 mindən çoxu təlimləri bitirib: "Təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir. İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır".
Qurum səlahiyyətlidi bildirib ki, tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər.
"Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq", - deyə Tural Orucov bildirib.
Qurumun sözçüsü bildirib ki, təlim üçün taksi sürücülər 76 manat rüsum ödəməlidirlər. T. Orucov bildirib ki, təlimlərdə iştirak tələbi bütün taksi sürücülərinə (Bolt, Uber və sair taksi şirkətləri) aiddir.
O, əlavə edib ki, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
Taksi fəaliyyətinin tənzimlənməsi istiqamətində atılan addımlar, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülən işlər vətəndaşlara keyfiyyətli və təhlükəsiz xidmətin göstərilməsi, sərnişinlərin və fərdi məlumatların təhlükəsizliyinin təmin edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması, bu sahədə qanuni fəaliyyət göstərən bütün sahibkarların maraqlarının qorunmasına hədəflənib.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, taksi sürücülərinin təlimlərə cəlb olunması müsbət addımdır. E. Muradlı bildirib ki, bu taksi xidmətində xidmət keyfiyyətinin artırılmasına hesablanıb: "İndiyədək bəzi taksi sürücüləri bu tələbi qulaqardına vururdu. Amma artıq qəti qərar var ki, təlimlərdə iştirak edib müvafiq şəhadətnamə almayan taksi sürücülərinə buraxılış vəsiqəsi və müvafiq kart verilməyəcək. Bu halda onlar taksi fəaliyyəti ilə də məşğul ola bilməyəcəklər. Gələcəkdə belə taksi sürücüləri cərimə olunacaqlar".
E.Muradlı bildirib ki, taksi avtomobillərinin texniki parametrləri ilə bağlı da qərarın verilməsi gözlənilir. Bu zaman taksi avtomobilinin ili, rəngi və sair tələblər qoyulacaq.
"Taksi sürücülərinə bildirilib ki, yeni qayda ilə təlim keçməlidirlər. Bəziləri buna əhəmiyyət vermir. Belələri cərimə olunanda səs-küy salacaqlar. Ona görə də, indidən təlimdə iştirak etmələri tövsiyyə olunu. Nəzərə almalıdırlar ki, gələcəkdə onlara taksi buraxılış kartları verilmədikdə cərimə olunacaqlar", - deyə Elməddin Muradlı bildirib.