Tarixdə bu gün: 12 yanvar
© Sputnik / Elnur SalayevYanvarın 12
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 12 yanvar — Sputnik. Yanvarın 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 12-də kimlər anadan olub?
Şarl Perro (1628-1703) - fransız şairi, incəsənət nəzəriyyəçisi və klassisizm dövrünün tənqidçisidir. O, 1671-ci ildən bəri Fransa Akademiyasının üzvüdür.
Cek London (1876-1916) - amerikalı yazıçısı, macəra hekayələri və romanlarının müəllifidir.
Aqata Kristi (1890-1976) - ingilis yazıçısı və dramaturqudur. O, dünyanın ən məşhur detektiv yazıçılarından biridir. Onun 60-dan çox detektiv romanı, 6 psixoloji romanı və 19 hekayələr toplusu nəşr olunub. Dramaturqun 16 pyesi London teatrlarında tamaşaya qoyulub. Onun yazıları bəzən Meri Uestmakott təxəllüsü ilə də nəşr olunub.
Sergey Korolyov (1906-1966) - rusiyalı alim, raket və kosmik sistemlərin konstruktoru, SSRİ Baş Konstruktorlar Şurasının sədridir (1946-1966). Strateji pariteti təmin edən və SSRİ-ni qabaqcıl raket-kosmik gücə çevirən Sovet raket-kosmik texnologiyasının yaradıcılarından, insan kosmik tədqiqatının əsas simalarından və kosmonavtikanın qurucularından biridir. Onun rəhbərliyi ilə Yerin ilk süni peykinin buraxılması və ilk kosmonavt Yuri Qaqarinin uçuşu təşkil edilib və həyata keçirilib.
Culi Streyn (1962-2020) - amerikalı aktrisa və modeldir. O, "İkiqat zərbə", "Düşmən qızılı", "Beverli-Hills polisi 3", "Malibu xilasediciləri", "Müqəddəs Patrik günü" və digər filmləri ilə tanınır.
© SputnikSergey Korolyov, arxiv
Sergey Korolyov, arxiv
© Sputnik
Yanvarın 12-də dünyada baş verən tarixi hadisələr
1816-cı ildə Fransa hökuməti Napoleon Bonapart ailəsinin ölkədən əbədi qovulmasına dair fərman verib.
1950-ci ildə SSRİ dövlətə xəyanət, casusluq və təxribata görə ölüm cəzasını yenidən tətbiq edib.
1998-ci ildə Parisdə insan klonlaşdırılmasının qadağan edilməsi haqqında Protokol imzalanıb. Avropa ölkələrinin nümayəndələri bu addımla insan hüquqlarının müdafiəsini dəstəkləmək qərarına gəliblər.
2020-ci ildə ABŞ hakimiyyəti son 70 ildə bir qadına ilk ölüm hökmünü icra edib. Məhkum Lisa Montqomeri 2004-cü ildə hamilə qadının xüsusilə vəhşicəsinə öldürülməsində günahkar bilinib. Montqomeri İndiana ştatındakı Terre-Hot həbsxanasında ölümcül inyeksiya ilə edam edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.