NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb

© AFP 2023 / HAIDAR MOHAMMED ALIQaz kəməri, arxiv şəkli
Qaz kəməri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2024
Abunə olmaq
bunun 1,39 milyard kubmetri Bolqarıstana, 0,67 milyard kubmetri Yunanıstana və 9,37 milyard kubmetri İtaliyaya ötürülüb.
BAKI, 12 yanvar — Sputnik. Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2023-cü ildə 11,5 milyard kubmetr qaz ötürülüb.
Bu barədə TAP AG konsorsiumundan bildirilib.
Qeyd edilib ki, bunun 1,39 milyard kubmetri Bolqarıstana, 0,67 milyard kubmetri Yunanıstana və 9,37 milyard kubmetri İtaliyaya ötürülüb.
Kommersiya fəaliyyətinə başladığı dövrdən indiyədək bu kəmərlə ümumilikdə 31 milyard kubmetr qaz ötürülüb ki, bunun da 1,83 milyard kubmetri Bolqarıstana, 3,03 milyard kubmetri Yunanıstana və 25,9 milyard kubmetri İtaliyaya daşınıb.
Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlayıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.
TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.
Bolqarıstana, "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən "mavi yanacaq" Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə nəql edilir. "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz-2" yatağından 1 milyard kubmetr qazın tədarükü üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.
Xəbər lenti
0