https://sputnik.az/20240112/qarabagin-ermeni-sakinlerine-qarsi-hec-bir-etnik-temizleme-aparilmayib---rusiya-xn-461909342.html
Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb - Rusiya XİN
Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb - Rusiya XİN
Sputnik Azərbaycan
Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır. 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T14:34+0400
2024-01-12T14:34+0400
2024-01-12T14:34+0400
rusiya xin
siyasət
qarabağ
sülhməramlılar
rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov
rusiya sülhməramlıları
etnik
ermənistan
mariya zaxarova
mariya zaxarova
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_0:0:3640:2048_1920x0_80_0_0_2c693dd1c0c0c79ea4c1e5f8437ee984.jpg
BAKI, 12 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin. Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır. "Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır. Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir", - Rusiya XİN sözçüsü vurğulayıb. Zaxarova deyib ki, Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir. "Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində gənc faşistlərin yürüşünün baş tutmasını dərin narahatlıqla qəbul etdik. Əlbəttə ki, biz Ermənistanın asayişi qoruyan qüvvələrinin bu yürüşün iştirakçılarına, onların KİV-in iştirakı ilə kameralar önündə "nasist salamlarına" mane olmamasına təəccübləndik. Ermənistan hakimiyyətinin buna reaksiyasının olmaması da təəccüb doğurur. Əminik ki, nasizmin bütün təzahürlərini kökündən kəsmək lazımdır", - Rusiya XİN sözçüsü vurğulayıb. Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla, digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazandığını xatırladıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1d/454273263_370:0:3101:2048_1920x0_80_0_0_2e89c8729993d0d753d3d95fe89af791.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin, qarabağ, sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları, etnik, ermənistan, mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xin, qarabağ, sülhməramlılar, rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik aleksandr lentsov, rusiya sülhməramlıları, etnik, ermənistan, mariya zaxarova, mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmayıb - Rusiya XİN
Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.
BAKI, 12 yanvar — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Qarabağın erməni sakinlərinə qarşı heç bir etnik təmizləmə aparılmadığını açıqlayıb.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Zaxarova bəyan edib ki, Ermənistan tərəfinin Qarabağda ermənilərə qarşı etnik təmizləmənin aparılmasına dair sübutu varsa, təqdim etsin.
Ermənistan tərəfinin Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin öhdəliyini yerinə yetirməməsi ilə bağlı rəsmi İrəvanın ittihamlarına cavab verən Zaxarova qeyd edib ki, sülhməramlı qüvvələrə qarşı səsləndirilən ittihamlar əsassızdır.
"Ermənistan hakimiyyətinin Azərbaycanın Qarabağ bölgəsində Rusiya Sülhməramlı Kontingentinin fəaliyyəti ilə bağlı açıqlamaları destruktiv xarakter daşıyır. Rusiya Federasiyası erməni siyasətçilərin Qarabağda Rusiya sülhməramlılarına qarşı ittihamlarını destruktiv hesab edir, bunlar faktlarla manipulyasiya etmək cəhdləridir", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova deyib ki, Rusiya Ermənistan paytaxtında yanvarın 1-də faşistlərin yürüş keçirməsindən dərin narahatlıq keçirir.
"Bəli, biz bu kadrları gördük və yanvarın 1-də İrəvanın mərkəzində gənc faşistlərin yürüşünün baş tutmasını dərin narahatlıqla qəbul etdik. Əlbəttə ki, biz Ermənistanın asayişi qoruyan qüvvələrinin bu yürüşün iştirakçılarına, onların KİV-in iştirakı ilə kameralar önündə "nasist salamlarına" mane olmamasına təəccübləndik. Ermənistan hakimiyyətinin buna reaksiyasının olmaması da təəccüb doğurur. Əminik ki, nasizmin bütün təzahürlərini kökündən kəsmək lazımdır", - Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova 80 il bundan öncə ermənilərin ruslarla, digər xalqların nümayəndələri ilə birlikdə faşizm üzərində qələbə qazandığını xatırladıb.