CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığa verilmiş uşaqların sayı açıqlanıb

© AFP 2024 / ERIC CABANISUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 12.01.2024
Abunə olmaq
18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.
BAKI, 12 yanvar — Sputnik. Övladlığa götürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunduğu 1 noyabr 2019-cu il tarixindən indiyədək 504 uşaq övladlığa verilib.
Sosial Xidmətlər Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlardan 253-ü oğlan, 251-i isə qızdır.
Məlumatda qeyd edilib ki, 18 yaşınadək əlilliyi olan şəxslərin övladlığa götürülməsinin təşviq edilməsi məqsədi ilə bir sıra stimullaşdırıcı tədbirlər həyata keçirilir.
Xəbər lenti
0