https://sputnik.az/20240112/erdogan-azerbaycanla-turkiye-arasinda-imzalanmis-qrant-sazisini-tesdiqledi-461901746.html
Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış qrant sazişini təsdiqlədi
Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış qrant sazişini təsdiqlədi
Sputnik Azərbaycan
Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub. 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T15:26+0400
2024-01-12T15:26+0400
2024-01-12T15:29+0400
ərdoğan
dünya xəbərləri
təsdiq
rəcəb tayyip ərdoğan
rəcəb tayyib ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455865887_0:156:891:657_1920x0_80_0_0_db3912950adee648e9fbf976a61b686e.jpg
BAKI, 12 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib. Sənəd 10 maddədən ibarətdir. Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb. Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub. Sazişə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 250.000.000.00 TL-yə (14,111 milyon manat) qədər vəsait ayıracaq. Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir. Layihənin ümumi dəyəri (Tikinti+konsaltinq) 250.000.000.00 TL-dən az olduğu halda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrantdan qalan qalıq hissəni istifadə etmək hüququnu tələb etməyəcək. Qrant verən qrant məbləğini birbaşa və ya dolayı yolla aşan heç bir əlavə xərci ödəməyəcək. Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək. Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq. Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/0d/455865887_0:1:891:669_1920x0_80_0_0_662e6e87c17007bab6ec3a5268d0b570.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, təsdiq, rəcəb tayyip ərdoğan, rəcəb tayyib ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
ərdoğan, təsdiq, rəcəb tayyip ərdoğan, rəcəb tayyib ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan
Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanmış qrant sazişini təsdiqlədi
15:26 12.01.2024 (Yenilənib: 15:29 12.01.2024) Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub.
BAKI, 12 yanvar — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib.
Sənəd 10 maddədən ibarətdir.
Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb.
Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub.
Sazişə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 250.000.000.00 TL-yə (14,111 milyon manat) qədər vəsait ayıracaq.
Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir.
Layihənin ümumi dəyəri (Tikinti+konsaltinq) 250.000.000.00 TL-dən az olduğu halda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrantdan qalan qalıq hissəni istifadə etmək hüququnu tələb etməyəcək. Qrant verən qrant məbləğini birbaşa və ya dolayı yolla aşan heç bir əlavə xərci ödəməyəcək.
Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək.
Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq.
Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" Kompleksinin oktyabrın 20-də təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.