https://sputnik.az/20240112/bas-nazir-eli-esedov-maaslarinin-artirilmasi-ile-bagli-qerar-imzaladi-461913274.html
Baş nazir Əli Əsədov maaşlarının artırılması ilə bağlı Qərar imzaladı
Baş nazir Əli Əsədov maaşlarının artırılması ilə bağlı Qərar imzaladı
Sputnik Azərbaycan
Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün... 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T16:23+0400
2024-01-12T16:23+0400
2024-01-12T16:23+0400
cəmiyyət
əli əsədov
maaş
hərbi qulluqçular
maliyyə nazirliyi
maliyyə nazirliyi
qərar
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_0:78:3364:1970_1920x0_80_0_0_f6f52d7de626d1de5c477cefa021a593.jpg
BAKI, 12 yanvar — Sputnik. Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb. Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir. Qeyd edək ki, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləği məxfi olduğu üçün açıqlanmır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/1c/447972784_317:0:3048:2048_1920x0_80_0_0_e4dfe20abc2ff450f119ff2adffbc79e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əli əsədov, maaş, hərbi qulluqçular, maliyyə nazirliyi, maliyyə nazirliyi, qərar
əli əsədov, maaş, hərbi qulluqçular, maliyyə nazirliyi, maliyyə nazirliyi, qərar
Baş nazir Əli Əsədov maaşlarının artırılması ilə bağlı Qərar imzaladı
Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
BAKI, 12 yanvar — Sputnik. Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb.
Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri" yeni redaksiyada verilir.
Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin.
Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.
Qeyd edək ki, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləği məxfi olduğu üçün açıqlanmır.