CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Azəristiliktəchizat”ın Çağrı Mərkəzinin fəaliyyəti müvəqqəti dayandırılacaq

© Sputnik / Murad Orujovİstilik sistemini qucaqlayan qız
İstilik sistemini qucaqlayan qız - Sputnik Azərbaycan, 1920, 12.01.2024
Abunə olmaq
Buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır.
BAKI, 12 yanvar - Sputnik. Sabahdan başlayaraq 2 gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq.
Bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır.
Abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsinə (azeristilik.gov.az), info@azeristilik.gov.az elektron ünvanına, “Azəristiliktəchizat”ın rəsmi sosial media hesablarına müraciət edə bilərlər.
Xəbər lenti
0