https://sputnik.az/20240112/azerbaycanin-cumhuriyyet-dovrunun-xeritelerini-esas-goturme-haqqi-var----cavid-veliyev-461909221.html
Azərbaycanın Cümhuriyyət dövrünün xəritələrini əsas götürmə haqqı var - Cavid Vəliyev
Azərbaycanın Cümhuriyyət dövrünün xəritələrini əsas götürmə haqqı var - Cavid Vəliyev
Sputnik Azərbaycan
Antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə Ermənistanın... 12.01.2024, Sputnik Azərbaycan
2024-01-12T21:23+0400
2024-01-12T21:23+0400
2024-01-12T21:23+0400
xəritə
siyasət
sovet ittifaqı
işğal
işğal
ermənistan
azərbaycan
antiterror
antiterror əməliyyatı
axc
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053204_0:161:3068:1887_1920x0_80_0_0_64018565fe89a31a59b253f017dbc0f2.jpg
BAKI, 12 yanvar — Sputnik. "Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsində Xalq Cümhuriyyəti dövrünün xəritələrini əsas götürmə haqqı var". Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bildirib. Cavid Vəliyev deyib ki, antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu: "Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozaraq silahlılarını Azərbaycan ərazisindən çıxartmadı. Məqsədi Azərbaycanla davam edən diplomatik müzakirələrdə bu silahlıları bir vasitə olaraq istifadə etmək idi və edirdi. Bu şəkildə diplomatik müzakirələri uzadırdı. Bunu Ermənistanın dəstəkçiləri də istifadə edirdilər. Ermənistanın heç bir qanun pozuntusunu gündəliyə gətirmədən bütün tələblərini Azərbaycana istiqamətləndirirdilər. Lakin, əlbəttə, Azərbaycan Ordusunun antiterror əməliyyatına qədər keçirdiyi kiçik əməliyyatlar onların hərəkət sahəsini daraltmışdı. Nəticədə 19 sentyabr antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə də Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu". BMTM-nin şöbə müdiri qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini əldə edən dövlətlər arasında sərhədlərin müəyyənləşməsi üçün görüşlər başlayıb: "Sovet İttifaqının daxili qərarları ilə, bəzən də Azərbaycanın etirazlarına baxmayaraq, fərqli bəhanələrlə Azərbaycan torpaqları Ermənistana verildi. Digər tərəfdən, Ermənistan Azərbaycan ərazisini işğal etdiyi üçün sərhədlər müəyyənləşmədi. İşğal dövründə Ermənistan işğal etdiyi əraziləri "de-fakto" öz ərazisi kimi istifadə etdi. İki ölkənin sərhədləri də müəyyənləşmədiyinə, yəni tərəflər sərhədlərin müəyyənləşməsi üçün hər hansı bir müqaviləyə imza atmadığına görə yenidən bu prosesi müzakirə etməlidir. Ermənistanın hər hansı bir dövrün xəritəsini əsas alma haqqı olduğu kimi, bizim də istədiyimiz dövrün xəritəsini əsas alma haqqımız var. İndi müstəqillikdən sonrakı dövrdə bizim Konstitusiyamızda qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Odur ki, Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsi zamanı qanuni olaraq AXC dövrünün xəritələrini əsas götürmə haqqı var".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0c/04/461053204_169:0:2900:2048_1920x0_80_0_0_fa23f64ee7c499ce33311cbc11039581.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəritə, sovet ittifaqı, işğal, işğal, ermənistan, azərbaycan, antiterror, antiterror əməliyyatı, axc, axc, axc hakimiyyəti
xəritə, sovet ittifaqı, işğal, işğal, ermənistan, azərbaycan, antiterror, antiterror əməliyyatı, axc, axc, axc hakimiyyəti
Azərbaycanın Cümhuriyyət dövrünün xəritələrini əsas götürmə haqqı var - Cavid Vəliyev
Antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu
BAKI, 12 yanvar — Sputnik. "Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsində Xalq Cümhuriyyəti dövrünün xəritələrini əsas götürmə haqqı var".
Bunu APA-ya açıqlamasında Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev bildirib.
Cavid Vəliyev deyib ki, antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu: "Ermənistan 10 noyabr bəyanatının şərtlərini kobud şəkildə pozaraq silahlılarını Azərbaycan ərazisindən çıxartmadı. Məqsədi Azərbaycanla davam edən diplomatik müzakirələrdə bu silahlıları bir vasitə olaraq istifadə etmək idi və edirdi. Bu şəkildə diplomatik müzakirələri uzadırdı. Bunu Ermənistanın dəstəkçiləri də istifadə edirdilər. Ermənistanın heç bir qanun pozuntusunu gündəliyə gətirmədən bütün tələblərini Azərbaycana istiqamətləndirirdilər. Lakin, əlbəttə, Azərbaycan Ordusunun antiterror əməliyyatına qədər keçirdiyi kiçik əməliyyatlar onların hərəkət sahəsini daraltmışdı. Nəticədə 19 sentyabr antiterror əməliyyatından sonra Ermənistan silahlıları, sadəcə, Azərbaycan ərazisindən çıxardılmadı, eyni zamanda, diplomatik müzakirələrdə də Ermənistanın əlindən güclü bir vasitə alınmış oldu".
BMTM-nin şöbə müdiri qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini əldə edən dövlətlər arasında sərhədlərin müəyyənləşməsi üçün görüşlər başlayıb: "Sovet İttifaqının daxili qərarları ilə, bəzən də Azərbaycanın etirazlarına baxmayaraq, fərqli bəhanələrlə Azərbaycan torpaqları Ermənistana verildi. Digər tərəfdən, Ermənistan Azərbaycan ərazisini işğal etdiyi üçün sərhədlər müəyyənləşmədi. İşğal dövründə Ermənistan işğal etdiyi əraziləri "de-fakto" öz ərazisi kimi istifadə etdi. İki ölkənin sərhədləri də müəyyənləşmədiyinə, yəni tərəflər sərhədlərin müəyyənləşməsi üçün hər hansı bir müqaviləyə imza atmadığına görə yenidən bu prosesi müzakirə etməlidir. Ermənistanın hər hansı bir dövrün xəritəsini əsas alma haqqı olduğu kimi, bizim də istədiyimiz dövrün xəritəsini əsas alma haqqımız var. İndi müstəqillikdən sonrakı dövrdə bizim Konstitusiyamızda qeyd edildiyi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Odur ki, Azərbaycanın Ermənistanla sərhədlərin müəyyənləşməsi zamanı qanuni olaraq AXC dövrünün xəritələrini əsas götürmə haqqı var".