https://sputnik.az/20240111/yaxin-serqde-gerginlik-artdiqca-neft-bahalasir-461878837.html
Yaxın Şərqdə gərginlik artdıqca neft bahalaşır
Yaxın Şərqdə gərginlik artdıqca neft bahalaşır
Sputnik Azərbaycan
ABŞ-də neft ehtiyatları gözlənilmədən həftəlik 1,3 milyon barel artaraq 432,4 milyon barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-nin kommersiya neft... 11.01.2024, Sputnik Azərbaycan
2024-01-11T11:40+0400
2024-01-11T11:40+0400
2024-01-11T11:40+0400
neft-qaz
neft
birja
dollar
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_0:172:3030:1876_1920x0_80_0_0_fa3a4f36e15fdb6f6d2ec061a32976b1.jpg
BAKI, 11 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. ABŞ-nin neft ehtiyatlarında artımın olmasına baxmayaraq, Yaxın Şərqdə münaqişənin şiddətlənməsi ilə bağlı narahatlıqlar səbəbindən qiymətlər yüksəlib. "Brent" markalı neft 48 sent artaraq 77,17 dollara, ABŞ-nin Qərbi Texas nefti 32 sent artaraq 71,69 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,39 sent azalaraq 82,57 dollar təşkil edib. Qeyd edək ki, ABŞ-də neft ehtiyatları gözlənilmədən həftəlik 1,3 milyon barel artaraq 432,4 milyon barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 675 min barel azalacağını proqnozlaşdırırdılar. ABŞ-də neft ehtiyatlarında gözlənilməz artım tələb ilə bağlı narahatlıqlara səbəb olub. Bu da neft qiymətlərinin aşağı düşməsinə təsir göstərir. Sabah Çində dekabr ayı üçün ticarət məlumatları açıqlanacaq və investorların diqqəti buna yönəlib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Son 10 gündə neftin qiymətində 6 faiz azalma qeydə alınıb Neft qiymətləri ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşən deputat Vüqar Bayramov bildirib ki, son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb:Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1f/451240094_150:0:2881:2048_1920x0_80_0_0_76dd9afbb44d953ec9742fc7a9380180.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, birja, dollar
Yaxın Şərqdə gərginlik artdıqca neft bahalaşır
ABŞ-də neft ehtiyatları gözlənilmədən həftəlik 1,3 milyon barel artaraq 432,4 milyon barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 675 min barel azalacağını proqnozlaşdırırdılar.
BAKI, 11 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri bahalaşıb. ABŞ-nin neft ehtiyatlarında artımın olmasına baxmayaraq, Yaxın Şərqdə münaqişənin şiddətlənməsi ilə bağlı narahatlıqlar səbəbindən qiymətlər yüksəlib.
"Brent" markalı neft 48 sent artaraq 77,17 dollara, ABŞ-nin Qərbi Texas nefti 32 sent artaraq 71,69 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 0,39 sent azalaraq 82,57 dollar təşkil edib.
Qeyd edək ki, ABŞ-də neft ehtiyatları gözlənilmədən həftəlik 1,3 milyon barel artaraq 432,4 milyon barel təşkil edib. Bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 675 min barel azalacağını proqnozlaşdırırdılar. ABŞ-də neft ehtiyatlarında gözlənilməz artım tələb ilə bağlı narahatlıqlara səbəb olub. Bu da neft qiymətlərinin aşağı düşməsinə təsir göstərir.
Sabah Çində dekabr ayı üçün ticarət məlumatları açıqlanacaq və investorların diqqəti buna yönəlib.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Son 10 gündə neftin qiymətində 6 faiz azalma qeydə alınıb
Neft qiymətləri ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşən deputat Vüqar Bayramov bildirib ki, son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb:
"Ötən ayın 28-də 81 dollara təklif edilən "Brent" markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb. "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.