https://sputnik.az/20240111/turkiyede-dollar-rekord-seviyyede-bahalasdi-461879508.html
Türkiyədə dollar rekord səviyyədə bahalaşdı
Türkiyədə dollar rekord səviyyədə bahalaşdı
Sputnik Azərbaycan
Ötən il 36,6 faiz ucuzlaşan lirə 2024-cü ilin əvvəlindən bu yana 1,3 faiz dollar qarşısında dəyər itirib. 11.01.2024, Sputnik Azərbaycan
2024-01-11T12:10+0400
2024-01-11T12:10+0400
2024-01-11T12:10+0400
dollar
dünya xəbərləri
lirə
türkiyə
bank
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441319512_0:364:2995:2048_1920x0_80_0_0_1eddfb2e165b194526480398b0d7d310.jpg
BAKI, 11 yanvar — Sputnik. Türkiyədə dolların bahalaşması davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi bu səhər 30 lirə səviyyəsinə çataraq yeni rekord qırıb. 1 avronun məzənnəsi isə 33 lirəni ötüb. Ötən il 36,6 faiz ucuzlaşan lirə 2024-cü ilin əvvəlindən bu yana 1,3 faiz dollar qarşısında dəyər itirib. Daxili bazarlarda diqqətlər Türkiyə Mərkəzi Bankının (TCMB) ABŞ-də keçirəcəyi investor görüşlərinə yönələcək. Nyu-Yorkda keçiriləcək toplantıda TCMB sədri Hafize Gaye Erkan iştirak edəcək. Xatırladaq ki, itkilərin böyük hissəsi ötən ilin iyun ayında baş verib. Sentyabrın əvvəlindən lirədə müntəzəm, lakin məhdud ucuzlaşmalar müşahidə olunur. TCMB iyun ayından etibarən faiz dərəcələrini 34 faiz artırıb. Türkiyədə minimum maaş 1000 manata çatdırılıb Türkiyədə minimum əməkhaqqı 49,11 faiz artırılaraq 17020 lirəyə çatdırılıb. Bu məbləğ Azərbaycan milli valyutası ilə ifadədə 984 manatdır. Türkiyədə yüksək inflyasiya səbəbindən lirənin alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bununla əlaqədar olaraq, dövlət minimum maaşı kəskin şəkildə artırmalı olub. Uçot dərəcəsi 40 faizdən 42,5 faizə qaldırılıb Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib. Dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 40 faizdən 42,5 faizə qaldırıb. Uçot dərəcəsi bu ilin noyabrın 23-də 35 faizdən 40 faizə çatdırılmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/16/441319512_0:0:2731:2048_1920x0_80_0_0_393c15965cf3ae3b1d8d0f6d0c11ca6b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
dollar, lirə, türkiyə, bank
dollar, lirə, türkiyə, bank
Türkiyədə dollar rekord səviyyədə bahalaşdı
Ötən il 36,6 faiz ucuzlaşan lirə 2024-cü ilin əvvəlindən bu yana 1,3 faiz dollar qarşısında dəyər itirib.
BAKI, 11 yanvar — Sputnik. Türkiyədə dolların bahalaşması davam edir. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, 1 ABŞ dollarının məzənnəsi bu səhər 30 lirə səviyyəsinə çataraq yeni rekord qırıb. 1 avronun məzənnəsi isə 33 lirəni ötüb.
Ötən il 36,6 faiz ucuzlaşan lirə 2024-cü ilin əvvəlindən bu yana 1,3 faiz dollar qarşısında dəyər itirib.
Daxili bazarlarda diqqətlər Türkiyə Mərkəzi Bankının (TCMB) ABŞ-də keçirəcəyi investor görüşlərinə yönələcək. Nyu-Yorkda keçiriləcək toplantıda TCMB sədri Hafize Gaye Erkan iştirak edəcək.
Xatırladaq ki, itkilərin böyük hissəsi ötən ilin iyun ayında baş verib. Sentyabrın əvvəlindən lirədə müntəzəm, lakin məhdud ucuzlaşmalar müşahidə olunur. TCMB iyun ayından etibarən faiz dərəcələrini 34 faiz artırıb.
Türkiyədə minimum maaş 1000 manata çatdırılıb
Türkiyədə minimum əməkhaqqı 49,11 faiz artırılaraq 17020 lirəyə çatdırılıb. Bu məbləğ Azərbaycan milli valyutası ilə ifadədə 984 manatdır. Türkiyədə yüksək inflyasiya səbəbindən lirənin alıcılıq qabiliyyəti xeyli zəifləyib. Bununla əlaqədar olaraq, dövlət minimum maaşı kəskin şəkildə artırmalı olub.
Uçot dərəcəsi 40 faizdən 42,5 faizə qaldırılıb
Əlavə edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son zamanlara qədər apardığı siyasət nəticəsində TCMB faizi 2021-ci ildəki 19%-dən 8,5%-ə endirmişdi. Seçki öncəsi yüksək inflyasiyaya baxmayaraq, faiz dərəcələri aşağı səviyyədə saxlanılıb, TL-nin daha da ucuzlaşmasının qarşısını almaq üçün TCMB ehtiyatlarından istifadə edilib. Seçkidən sonra maliyyə naziri və Mərkəzi Bankın sədri dəyişdirilib, faizin artırılmasına qərar verilib.
Dekabrın 21-də Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 2,5 faiz bəndi artıraraq 40 faizdən 42,5 faizə qaldırıb. Uçot dərəcəsi bu ilin noyabrın 23-də 35 faizdən 40 faizə çatdırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.