https://sputnik.az/20240111/tecili-yardimin-getmemesine-gore-sobe-mudirine-xeberdarliq-edildi-461878447.html
Təcili yardımın getməməsinə görə şöbə müdirinə xəbərdarlıq edildi
Təcili yardımın getməməsinə görə şöbə müdirinə xəbərdarlıq edildi
Sputnik Azərbaycan
Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib. 11.01.2024, Sputnik Azərbaycan
2024-01-11T11:22+0400
2024-01-11T11:22+0400
2024-01-11T11:39+0400
səhiyyə
şöbə müdiri
tibb bacısı
təcili tibbi yardım
təbib
https://cdnn1.img.sputnik.az/img/41654/51/416545104_0:35:1920:1115_1920x0_80_0_0_423bca7ace6219e6642544efc3917d48.jpg
BAKI, 11 yanvar — Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb. TƏBİB-dən APA-ya bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbeh növü olaraq töhmət verilib, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb.Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib. Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub. Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə A.Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41654/51/416545104_216:0:1920:1278_1920x0_80_0_0_eb159caa021405c11bb971fc25f57434.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şöbə müdiri, tibb bacısı, təcili tibbi yardım, təbib
şöbə müdiri, tibb bacısı, təcili tibbi yardım, təbib
Təcili yardımın getməməsinə görə şöbə müdirinə xəbərdarlıq edildi
11:22 11.01.2024 (Yenilənib: 11:39 11.01.2024) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.
BAKI, 11 yanvar — Sputnik. Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb.
TƏBİB-dən APA-ya bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq, Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbeh növü olaraq töhmət verilib, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb.
Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.
Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə A.Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.