CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: Yanvarın 11-də hansı əlamətdar hadisələr baş verib

© Sputnik / Elnur Salayev11 yanvar, arxiv
11 yanvar, arxiv - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 11 yanvar — Sputnik. Yanvarın 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 11-də kimlər anadan olub?
Əbdülkərim Əlizadə (1906-1979) - Azərbaycan tarixçisi, şərqşünası və Azərbaycan SSR əməkdar elm xadimidir. O, Azərbaycanın və Yaxın və Orta Şərq ölkələrinin orta əsrlər tarixinə dair əsərlərin müəllifidir.
Reynqold Qlier (1875-1956) - rusiyalı bəstəkar, dirijor, pedaqoq və SSRİ xalq artistidir. Bəstəkar, müasir mövzuda olan "Qırmızı xaşxaş" ilk sovet repertuar baletinin müəllifidir.
Georgi Taratorkin (1945-2017) - Rusiyanın teatr və kino aktyoru, pedaqoqu, RSFSR xalq artisti, Rusiya Teatr Xadimləri İttifaqının katibi və "Qızıl Maska" assosiasiyasının prezidentidir. Aktyor "Yardım xidməti", "Zərif bədheybət ", "Qadağa", "Cinayət və cəza" və s. filmlərdə rol alıb.
Konstantin Xabenski (1972) - Rusiyanın teatr və kino aktyoru, Rusiyanın xalq artistidir. O, 2021-ci il oktyabrın 28-dən Çexov adına Moskva Bədii Teatrın bədii rəhbəri-direktoru olub. Aktyorun ən önəmli rolları "Hərəkətdə" (2002), "Özümüzünkülər" (2004), "Dövlət müşaviri", "Admiral", "Səma məhkəməsi" filmlərində yer alıb.
Andrey Malaxov (1972) – rusiyalı televiziya jurnalisti, şoumen, "Birinci Kanal" ASC-nin xüsusi layihələr studiyasında verilişlərin aparıcısıdır.
© Екатерина Чеснокова/РИА НовостиKonstantin Xabenski, arxiv
Актер Константин Хабенский - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Konstantin Xabenski, arxiv
Yanvarın 11-də dünyada baş verən tarixi hadisələr
1693-cü ildə Siciliyada baş verən zəlzələ 60 mindən çox insanın həlak olmasına səbəb olub.
1917-ci ildə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. 1997-ci ildən yanvarın 11-i Rusiyada Dünya Qoruqlar və Milli Parklar Günü kimi qeyd olunur.
1922-ci ildə insulin ilk dəfə 14 yaşlı kanadalı Leonard Tompsonun diabet müalicəsi üçün istifadə edilib.
1981-ci ildə Ranulf Faynsın rəhbərlik etdiyi üç ingilisdən ibarət komanda Antarktidanı keçmək üçün 75 günlük səyahətdən və 2500 mil (4023 km-dən çox) yol qət etdikdən sonra Skott-Beys stansiyasına çataraq ən uzun və ən qısa müddət ərzində ekspedisiyanı tamamlayıb.
2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya işgüzar səfər edib. Bu səfər çərçivəsində Rusiya və Azərbaycan Prezidentləri Vladimir Putin və İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib və birgə bəyanat imzalanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0