https://sputnik.az/20240111/rayon-icra-hakimiyyeti-orqanlarinin-funksiyalari-deyisdirilmelidir---politoloq-serhi-461880906.html
Rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməlidir? - Politoloq şərhi
Rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməlidir? - Politoloq şərhi
Sputnik Azərbaycan
Ekspert düşünür ki, Azərbaycan unitar dövlət olaraq qalmalıdır, lakin inzibati bölgü vahidləri kimi rayonlar: Bakı rayonu, Gəncəbasar, Şirvan, Qarabağ, Şərqi... 11.01.2024, Sputnik Azərbaycan
2024-01-11T12:25+0400
2024-01-11T12:25+0400
2024-01-11T12:25+0400
siyasət
ilqar vəlizadə
milli
ideya
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438511385_0:0:2000:1125_1920x0_80_0_0_255a5e61ae4456db1a78a5b33e0e049b.jpg
BAKI, 11 yanvar — Sputnik. Politoloq İlqar Vəlizadə özünün teleqram kanalında Prezident İlham Əliyevin ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə ilə bağlı fikirlərini bölüşüb. Politoloq bildirir ki, iki saat yarımdan çox davam edən müsahibə zamanı ortaya çıxan əsas mesaj gələcək milli ideya ilə bağlı geniş ictimai dialoqun başlanması ilə bağlı Azərbaycan dövlət başçısının geniş ictimaiyyətə müraciəti olub. İlqar Vəlizadə hesab edir ki, rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməli, bir çox lüzumsuz funksiyalar ləğv edilməli, bələdiyyələrin əsas - baza ərazi qurumları kimi rolu gücləndirilməlidir. Politoloq qeyd edir ki, işğaldan azad edilmiş ərazilərdə gedən proseslərə baxanda hər şey buna doğru gedir. Xatırladaq ki, dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində milli ideya ilə bağlı bunları deyib."Yetər, müharibələr kifayətdir."Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər. Bu, ayrı bir böyük söhbətin mövzusudur. Bəlkə nə vaxtsa ayrıca bu məsələ ilə bağlı da biz danışarıq. Amma hər halda sualınıza cavab verərək deməliyəm ki, bəli, yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/1a/438511385_227:0:2000:1330_1920x0_80_0_0_8ed9ad35a0ee65c611df60f6648104da.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ilqar vəlizadə, milli, ideya
ilqar vəlizadə, milli, ideya
Rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməlidir? - Politoloq şərhi
Ekspert düşünür ki, Azərbaycan unitar dövlət olaraq qalmalıdır, lakin inzibati bölgü vahidləri kimi rayonlar: Bakı rayonu, Gəncəbasar, Şirvan, Qarabağ, Şərqi Zəngəzur və s. olmalıdır.
BAKI, 11 yanvar — Sputnik. Politoloq İlqar Vəlizadə özünün teleqram kanalında Prezident İlham Əliyevin ötən gün yerli televiziya kanallarına verdiyi müsahibə ilə bağlı fikirlərini bölüşüb.
Politoloq bildirir ki, iki saat yarımdan çox davam edən müsahibə zamanı ortaya çıxan əsas mesaj gələcək milli ideya ilə bağlı geniş ictimai dialoqun başlanması ilə bağlı Azərbaycan dövlət başçısının geniş ictimaiyyətə müraciəti olub.
"Yəqin ki, öz sahəsində hər bir mütəxəssis ölkənin yeni imicinə dair öz baxışını təklif edə bilər. Mən diqqəti inzibati-ərazi bölgüsündə köklü islahatların aparılmasının zəruriliyinə yönəltmək istədim. Elə bir vəziyyət yaranıb ki, tarixi-coğrafi ənənələrə uyğun olaraq ölkənin regional bölgüsünə keçmək zərurəti yaranıb. Əlbəttə ki, ərazilərin iqtisadi profili və məskunlaşma xarakteri nəzərə alınmaqla. Azərbaycan unitar dövlət olaraq qalmalıdır, lakin inzibati bölgü vahidləri kimi rayonlar: Bakı rayonu, Gəncəbasar, Şirvan, Qarabağ, Şərqi Zəngəzur və s. olmalıdır", - deyə politoloq bildirib.
İlqar Vəlizadə hesab edir ki, rayon icra hakimiyyəti orqanlarının funksiyaları dəyişdirilməli, bir çox lüzumsuz funksiyalar ləğv edilməli, bələdiyyələrin əsas - baza ərazi qurumları kimi rolu gücləndirilməlidir.
Politoloq qeyd edir ki, işğaldan azad edilmiş ərazilərdə gedən proseslərə baxanda hər şey buna doğru gedir.
Xatırladaq ki, dünən dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində milli ideya ilə bağlı bunları deyib.
"Yetər, müharibələr kifayətdir."Ancaq yeni konseptual inkişaf strategiyamız, milli ideologiyamızın yeni istiqamətləri və əldə edilmiş uğurlarla sakitləşmək sanki müəyyən durğunluğa gətirib çıxara bilər. Bu, ayrı bir böyük söhbətin mövzusudur. Bəlkə nə vaxtsa ayrıca bu məsələ ilə bağlı da biz danışarıq. Amma hər halda sualınıza cavab verərək deməliyəm ki, bəli, yeni dövr başlayır və əminəm, bu dövr də ölkəmiz üçün uğurlu olacaq".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.