SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Məzahir Pənahov: Fəaliyyətimizi hər zaman mikroskopla araşdırırlar

© REPORTMəzahir Pənahov
Məzahir Pənahov - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, onların fəaliyyəti çoxluğun fikrinin ortaya qoyulması ilə əlaqədardır.
BAKI, 11 yanvar — Sputnik. "Fəaliyyətimizi hər zaman mikroskopla araşdırırlar ki, bizə irad tutsunlar". Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, hər zaman fəaliyyətlərini elə qururlar ki, qanunvericilik baxımından irad tuta bilməsinlər:

"Bizim fəaliyyətimiz çoxluğun fikrinin ortaya qoyulması ilə əlaqədardır".

Xatırladaq ki, MSK 2023-cü il dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb.
MSK-nın bu il yanvarın 6-da keçirilən toplantısında isə Zahid Oruc Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb.
Bundan əlavə, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb
Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0