DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makqreqor: Amerikalılar üçün problem yaradan Rusiya və ya Çin deyil, Ağ Evdəki insanlardır

© Drew Angerer / Getty Images / AFPAğ Ev
Ağ Ev - Sputnik Azərbaycan, 1920, 11.01.2024
Abunə olmaq
Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib ki, Ukrayna lideri Vladimir Zelenski və ABŞ siyasətçiləri aşkar həqiqəti qəbul etmirlər.
BAKI, 11 yanvar — Sputnik. ABŞ sakinlərinin həyatını çətinləşdirən Rusiya Federasiyası və ya Çin deyil, özlərinin hakimiyyət orqanlarıdır.
Bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor bildirib.
O, ABŞ sakinlərinin öz problemlərinə layiq olduqları fikrini ifadə edib.
"Bizim problemlərimiz xaricdə deyil, Ukraynada deyil, Yaxın Şərqdə də deyil. Problemlərimiz evdədir və özümüz də onlara layiqik" – Makqreqor X* sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, ABŞ sakinləri başa düşməlidirlər ki, onlara bunu edənlər Pekində və ya Moskvada deyil, Ağ Evdədir.
Bundan əvvəl Makqreqor ABŞ-ın Ukrayna hakimiyyəti qarşısında qeyri-mümkün vəzifə qoyduğunu və onlara ölüm əmri verdiyini bildirmişdi.
Bundan əlavə, o qeyd edib ki, Ukrayna lideri Vladimir Zelenski və ABŞ siyasətçiləri reallıqdan tamamilə uzaqdırlar və aşkar həqiqəti qəbul etmirlər.
Xəbər lenti
0