https://sputnik.az/20240111/fransanin-ermenistana-verdiyi-silahlarin-hedefi-azerbaycan-deyil-qonsu-olkelerdir---rey-461896429.html
Fransanın Ermənistana verdiyi silahların hədəfi Azərbaycan deyil, qonşu ölkələrdir - Rəy
Fransanın Ermənistana verdiyi silahların hədəfi Azərbaycan deyil, qonşu ölkələrdir - Rəy
Sputnik Azərbaycan
Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərir? Millət vəkili deyir ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün Türkiyə və... 11.01.2024, Sputnik Azərbaycan
2024-01-11T17:29+0400
2024-01-11T17:29+0400
2024-01-11T18:14+0400
siyasət
politoloq
ermənistan
fransa
azərbaycan
millət vəkili
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0d/460507052_0:139:3078:1870_1920x0_80_0_0_ca5d77b98ad30d380f55a2e59048116e.jpg
BAKI, 11 yanvar — Sputnik. İl yenicə başlasa da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəhbəri Rori Dommi Ermənistana səfər ediblər. Ermənistan rəsmiləri avropalı diplomatlarla keçirdikləri görüşlərdə Aİ-nin Cənubi Qafqazdakı təhlükəsizliyin təminatıəndakı əhəmiyyətli rolunu xüsusi vurğulayıblar. Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Aİ ilə əməkdaşlığın önəmini hərarətlə qeyd ediblər. Ermənistan XİN rəhbəri başqa bir açıqlama ilə diqqəti çəkib. O bildirib ki, Azərbaycanla sülh danışıqları prosesində son vaxtlar geriləmə müşahidə edilir. Sputnik Azərbaycan Aİ-nin Cənubi Qafqazdakı sülh prosesinə təsir imkanları ilə bağlı millət vəkili Fazil Mustafanın və politoloq Yeganə Hacıyevanın fikirlərini öyrənib. Millət vəkili Fazil Mustafa bildirib ki, Ermənistan daha əvvəl də Aİ ilə təhlükəsizliklə bağlı əməkdaşlığın genişləndiriləsi üçün addımlar atırdı, ancaq bu sonda ona ziyan vurdu:"Bütün bunlar bizim gözümüzün qarşısında baş verdi. Avropanın başı boş müşahidəçiləri gəlib sərhəddə oturdular, kabab yeyib getdilər. Yəni, onların regional təhlükəsizliyə verə biləcəyi töhfə yoxdur. Ermənistan təhlükəsizliyini təmin etmək üçün Türkiyə və Azərbaycanla dil tapmalıdır". Millət vəkili deyir ki, Ermənistan regiondankənar güvənc yeri axtarmamalıdır:Politoloq Yeganə Hacıyeva bildirib ki, Aİ Azərbaycan-Ermənistan arasındakı proseslərdən istifadə etməklə regionda genişlənməyə çalışır:"Sərhədə Ermənistan tərəfinin törətdiyi ilk təxribatdan sonra, yəni 2021-ci il noyabrında Aİ danışıqlara cəlb olundu. 2022-ci ildə sentyabr döyüşlərindən sonra isə Aİ monitorinq missiyası ortaya çıxdı. Sonrakı dövrlədə bu missiyanın genişlənməsi müşahidə edildi. Ermənistan Azərbaycanla sülh danışıqları apardığı görüntüsü yaratdığı bir vaxtda isə mülki missiya heyətinin sayının iki dəfə artırlması ilə bağlı danışıqlar gedir. Avropa İttifaqının Ermənistan ərazisinə gəlməsi və orada təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətindəki fəaliyyət gözardı edilə bilməz. Bütün bunlar Aİ-yə Ermənistandan istifadə etməklə Cənubi Qafqazda genişlənmək üçün lazımdır". Politoloq bildirir ki, Ermənistanın dövlət olaraq iqtisadi resursları Rusiyanın mülkiyyətidir:"SSRİ dağıldıqdan sonra Ermənistan dövlət mülkiyyəti götürülmüş çoxsaylı müddətsiz kreditlər müqabilində Rusiyanın səlahiyyətinə keçib". Yeganə Hacıyeva onu da deyir ki, Aİ-nin Ermənistanla sərhədimizə gəlməsinin yaratdığı təhlükəsizlik risklərini dəyərləndirmək lazımdır:Politoloq vurğulayır ki, bu məsələyə həm regional təhlükəsizlik prizmasından, həm də yeni bir qüvvənin regionun kimyasına təsiri baxımından yanaşmaq lazımdır:Yeganə Hacıyeva Aİ-nin bölgədə sülhə yönəldiyi iddia olunan təşəbbüslərinin sülhə töhfə vermədiyini deyir. Onun sözlərinə görə, Aİ təşəbbüsləri olmasaydı, regionda sülh sazişi çoxdan imzalanmış olardı:"Ermənistan Aİ ilə Rusiya arasında balans saxlamağa çalışır, ancaq bu rol balansa xidmət etmir. Çünki bu çarpaz balans siyasətidir. Çünki həm Türkiyəyə qarşı həm də bu ölkə ilə münasibətləri, həm Rusiyaya qarşı həm də Rusiya ilə münbasibətləri var, İrana qarşı və İranla münasibətləri var. Yəni hamı ilə hamıya qarşı siasət aparır. Biz Ermənistan ərazisinə gələn istənilən xarici gücdən risklər gözləyirik. Çünki onların hansı məqsədlərlə regiona gəlməsini bilmirik. Çünki Avropa İttifaqı özünü Ermənistanın yalanlarını Cozef Borrel səsləndirəcək qədər qeyri-ciddi vəziyyətə salıb".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20240110/almaniya-ermenistana-rusiya-ordusunun-cixarilmasi-ucun-maliyye-yardimi-teklif-edir-461857617.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/0d/460507052_0:0:2732:2048_1920x0_80_0_0_ec07731d39a580783ba3bdefe1877838.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
politoloq, ermənistan, fransa, azərbaycan, millət vəkili
politoloq, ermənistan, fransa, azərbaycan, millət vəkili
Fransanın Ermənistana verdiyi silahların hədəfi Azərbaycan deyil, qonşu ölkələrdir - Rəy
17:29 11.01.2024 (Yenilənib: 18:14 11.01.2024) Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə necə təsir göstərir? Millət vəkili deyir ki, Ermənistan təhlükəsizliyini təmin etmək üçün Türkiyə və Azərbaycanla dil tapmalıdır.
BAKI, 11 yanvar — Sputnik. İl yenicə başlasa da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin rəhbəri Rori Dommi Ermənistana səfər ediblər.
Ermənistan rəsmiləri avropalı diplomatlarla keçirdikləri görüşlərdə Aİ-nin Cənubi Qafqazdakı təhlükəsizliyin təminatıəndakı əhəmiyyətli rolunu xüsusi vurğulayıblar. Ermənistan Təhlükəsizlik Şurasının Katibi Armen Qriqoryan, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Aİ ilə əməkdaşlığın önəmini hərarətlə qeyd ediblər.
Ermənistan XİN rəhbəri başqa bir açıqlama ilə diqqəti çəkib. O bildirib ki, Azərbaycanla sülh danışıqları prosesində son vaxtlar geriləmə müşahidə edilir.
Sputnik Azərbaycan Aİ-nin Cənubi Qafqazdakı sülh prosesinə təsir imkanları ilə bağlı millət vəkili Fazil Mustafanın və politoloq Yeganə Hacıyevanın fikirlərini öyrənib.
Millət vəkili Fazil Mustafa bildirib ki, Ermənistan daha əvvəl də Aİ ilə təhlükəsizliklə bağlı əməkdaşlığın genişləndiriləsi üçün addımlar atırdı, ancaq bu sonda ona ziyan vurdu:
"Bütün bunlar bizim gözümüzün qarşısında baş verdi. Avropanın başı boş müşahidəçiləri gəlib sərhəddə oturdular, kabab yeyib getdilər. Yəni, onların regional təhlükəsizliyə verə biləcəyi töhfə yoxdur. Ermənistan təhlükəsizliyini təmin etmək üçün Türkiyə və Azərbaycanla dil tapmalıdır".
Millət vəkili deyir ki, Ermənistan regiondankənar güvənc yeri axtarmamalıdır:
"Ermənistan Azərbaycanın narahatlıqlarını ortadan qaldıracaq addımlar atmalıdır. Çünki Ermənistan bir işğalçı ölkə kimi etibarını itirib. Bu baxımdan Aİ ilə təhlükəsizlik sahəsində əməkdaşlığı bir effekt verməyəcək. Aİ-nin burada hər hansı silahlı qüvvəsi yoxdur. Ermənistanda da onların rahatlıqla mövqelənməsi mümkün deyil. Bu Rusiya faktoru ilə birbaşa əlaqədardır. Rusiyanın Aİ-nin buradakı addımları sakitliklə qarşılamacağını düşünsək, bu birbaşa Ermənistanın özünə ziyan edəcək. Ermənistan təhlükəsizliyini Azərbaycan və Türkiyə üzərindən təmin etməyi düşünməlidir. Reallıq bunu tələb edir"
Politoloq Yeganə Hacıyeva bildirib ki, Aİ Azərbaycan-Ermənistan arasındakı proseslərdən istifadə etməklə regionda genişlənməyə çalışır:
"Sərhədə Ermənistan tərəfinin törətdiyi ilk təxribatdan sonra, yəni 2021-ci il noyabrında Aİ danışıqlara cəlb olundu. 2022-ci ildə sentyabr döyüşlərindən sonra isə Aİ monitorinq missiyası ortaya çıxdı. Sonrakı dövrlədə bu missiyanın genişlənməsi müşahidə edildi. Ermənistan Azərbaycanla sülh danışıqları apardığı görüntüsü yaratdığı bir vaxtda isə mülki missiya heyətinin sayının iki dəfə artırlması ilə bağlı danışıqlar gedir. Avropa İttifaqının Ermənistan ərazisinə gəlməsi və orada təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətindəki fəaliyyət gözardı edilə bilməz. Bütün bunlar Aİ-yə Ermənistandan istifadə etməklə Cənubi Qafqazda genişlənmək üçün lazımdır".
Politoloq bildirir ki, Ermənistanın dövlət olaraq iqtisadi resursları Rusiyanın mülkiyyətidir:
"SSRİ dağıldıqdan sonra Ermənistan dövlət mülkiyyəti götürülmüş çoxsaylı müddətsiz kreditlər müqabilində Rusiyanın səlahiyyətinə keçib".
Yeganə Hacıyeva onu da deyir ki, Aİ-nin Ermənistanla sərhədimizə gəlməsinin yaratdığı təhlükəsizlik risklərini dəyərləndirmək lazımdır:
"Çünki Ermənistan ərazisini Rusiya ilə İran və Türkiyə arasında bir plasdarm kimi təqdim etməklə Aİ-nin həssas bir regiona yerləşməsi ilə bağlı fikir formalaşdırmağa çalışır. Aİ-nin Ermənistanda iqtisadi layihələrin gerçəkləçkləşdirilməsi və maliyyəşdirməsi ilə bağlı isə qəribəliklər mövcuddur. Çünki həmin layihələrin iqtisadi rentabelliyi ciddi risklər formalaşdırır və layihələri həyata keçirmək üçün absurd yanaşmalar var. Bu xüsusi qeyd edilməlidir ki, Fransa Ermənistanla bağlı təşəbbüslərin başında dayanır. Bu gün Ermənistan ərazisinə gələn mülki missiya nümayəndələrinin də əksəriyyətini fransızlar təşkil edir".
Politoloq vurğulayır ki, bu məsələyə həm regional təhlükəsizlik prizmasından, həm də yeni bir qüvvənin regionun kimyasına təsiri baxımından yanaşmaq lazımdır:
"Aİ-nin burada mövcud olması region ölkələrini məmnun edə bilməz. Bu, nəticə etibarilə Ermənistana da sərfəli olmayacaq. Çünki heç bir ölkə öz sərhədində Ermənistanı qoruduğunu iddia edən kənar qüvvələrin mövcudluğunu arzu etmir. Məsələ Ermənistanın Aİ ilə təhlüəksizliyin hansı aspektləri ilə əməkdaşlığı genişləndirilməsi ilə bağlıdır. Sual olunur ki, Ermənistan kimdən özünü qorumaq istəyir? Əgər bu Azərbaycandırsa, Azərbaycanın torpaqlarını işğal edən Ermənistan idi. Aİ missiyasının hədəflərindən biri də İrandır. Fransanın Ermənistana verdiyi silahlardan belə anlaşılır ki, hədəf, bəlkə də, elə Rusiyadır".
Yeganə Hacıyeva Aİ-nin bölgədə sülhə yönəldiyi iddia olunan təşəbbüslərinin sülhə töhfə vermədiyini deyir. Onun sözlərinə görə, Aİ təşəbbüsləri olmasaydı, regionda sülh sazişi çoxdan imzalanmış olardı:
"Ermənistan Aİ ilə Rusiya arasında balans saxlamağa çalışır, ancaq bu rol balansa xidmət etmir. Çünki bu çarpaz balans siyasətidir. Çünki həm Türkiyəyə qarşı həm də bu ölkə ilə münasibətləri, həm Rusiyaya qarşı həm də Rusiya ilə münbasibətləri var, İrana qarşı və İranla münasibətləri var. Yəni hamı ilə hamıya qarşı siasət aparır. Biz Ermənistan ərazisinə gələn istənilən xarici gücdən risklər gözləyirik. Çünki onların hansı məqsədlərlə regiona gəlməsini bilmirik. Çünki Avropa İttifaqı özünü Ermənistanın yalanlarını Cozef Borrel səsləndirəcək qədər qeyri-ciddi vəziyyətə salıb".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.