Ekvadorun paytaxtında həbsxana iğtişaşları və tanklar
Ekvadorun paytaxtında həbsxana iğtişaşları və tanklar
Sputnik Azərbaycan
Üsyan dalğası ölkə həbsxanalarını bürüyüb, prezident fövqəladə vəziyyət elan edib, bir sıra şəhərlərdə iğtişaşlar başlayıb. 11.01.2024, Sputnik Azərbaycan
BAKI, 11 yanvar — Sputnik. Ekvadorda ölkənin ən böyük bandasının ("Los Çoneros") lideri və Ekvadorun ən təhlükəli cinayətkarı adlandırılan Xose Adolfo Vilyamaranın yanvarın əvvəlində "Quayakil" həbsxanasından qaçmasından sonra ölkədə iğtişaşlar başlayıb. Prezidenti Daniel Noboa ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib. Bundan sonra bir sıra şəhərləri kütləvi iğtişaşlar bürüyüb. Yanvarın 9-na keçən gecə cinayətkarlar avtomobilləri və avtobusları yandırmağa başlayıb, Quayakildə əldəqayırma bombalar partlayıb. Polisin bildirdiyinə görə, naməlum şəxslər paytaxt Kito və Maçala şəhərlərində 24 saatdan az müddətdə yeddi hüquq-mühafizə orqanının əməkdaşını oğurlayıblar. Maçala şəhərindən olan üç zabit sağ-salamat buraxılıb. Bundan sonra prezident Noboa daxili silahlı qarşıdurma elan edib və orduya on minlərlə üzvü olan 22 cinayətkar qrupu zərərsizləşdirməyi əmr edib. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Üsyan dalğası ölkə həbsxanalarını bürüyüb, prezident fövqəladə vəziyyət elan edib, bir sıra şəhərlərdə iğtişaşlar başlayıb.
BAKI, 11 yanvar — Sputnik. Ekvadorda ölkənin ən böyük bandasının ("Los Çoneros") lideri və Ekvadorun ən təhlükəli cinayətkarı adlandırılan Xose Adolfo Vilyamaranın yanvarın əvvəlində "Quayakil" həbsxanasından qaçmasından sonra ölkədə iğtişaşlar başlayıb.
Prezidenti Daniel Noboa ölkədə 60 gün müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edib. Bundan sonra bir sıra şəhərləri kütləvi iğtişaşlar bürüyüb. Yanvarın 9-na keçən gecə cinayətkarlar avtomobilləri və avtobusları yandırmağa başlayıb, Quayakildə əldəqayırma bombalar partlayıb. Polisin bildirdiyinə görə, naməlum şəxslər paytaxt Kito və Maçala şəhərlərində 24 saatdan az müddətdə yeddi hüquq-mühafizə orqanının əməkdaşını oğurlayıblar. Maçala şəhərindən olan üç zabit sağ-salamat buraxılıb.
Bundan sonra prezident Noboa daxili silahlı qarşıdurma elan edib və orduya on minlərlə üzvü olan 22 cinayətkar qrupu zərərsizləşdirməyi əmr edib.