https://sputnik.az/20240111/azerbaycanda-elmler-doktoru-olmaq-ucun-saolinin-36-merhelesini-kecmek-lazimdir-461856707.html
Azərbaycanda elmlər doktoru olmaq üçün "Şaolinin 36 mərhələsi"ni keçmək lazımdır
Azərbaycanda elmlər doktoru olmaq üçün "Şaolinin 36 mərhələsi"ni keçmək lazımdır
Sputnik Azərbaycan
İlqar Orucov bildirib ki, qeyd olunan elm sahələri üzrə elmlər doktorlarının olmaması təəccüblü və birinci hal deyil. 11.01.2024, Sputnik Azərbaycan
2024-01-11T09:30+0400
2024-01-11T09:30+0400
2024-01-11T09:30+0400
azərbaycan
təhsil
ilqar orucov
kamran əsədov
emin əmrullayev
azərbaycan milli elmlər akademiyasının coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru starə tarixəzəri
ali attestasiya komissiyası
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_0:158:3077:1889_1920x0_80_0_0_0293902cf8cadec8b6198f43dc30ec46.jpg
BAKI, 11 yanvar — Sputnik. Ötən il ərzində elmlər doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb. 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Onlardan Riyaziyyat üzrə 5, Astronomiya üzrə 2, Fizika 5, Kimya üzrə 1, Biologiya elmləri üzrə 6, Yer elmləri üzrə 1, Tibb elmləri üzrə 11, Texnika elmləri üzrə 7, Əczaçılıq elmləri üzrə 1, İqtisad elmləri üzrə 7, Coğrafiya üzrə 1, Tarix üzrə 9, Hüquq elmləri üzrə 4, Filologiya elmləri üzrə 32, Pedaqogika üzrə 3, Psixologiya üzrə 1, Sənətşünaslıq üzrə 1, Memarlıq üzrə 1, Fəlsəfə üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb. Mexanika, Aqrar elmlər, Antropologiya, Siyasi elmlər, Sosiologiya, Milli Təhlükəsizlik və hərbi elmlər üzrə isə elmlər doktoru elmi dərəcəsi alan olmayıb. Bu ictimaiyyətdən birmənalı qarşılanmayıb. Sputnik Azərbaycan bəzi sahələr üzrə elmlər doktoru elmi dərəcəsi alanların olmamasının səbəbini araşdırıb. AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan bu məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. İnstitutun elmi katibi, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tamilla Həsənova Sputnik Azərbaycan-a deyib ki, riyaziyyat üzrə ötən il bir nəfər 39 yaşlı xanım müdafiə edib. Bu il isə elmi şura qərarı gec verdiyindən, bu proses gecikib. "Bizim institutda iki nəfərin müdafiəsi nəzərdə tutulsa da, müdafiə baş tutmayıb. Bunun da bizdən asılı olmayan səbəbləri var. İki nəfərin elmlər doktoru disertasiyaları hazırdır. Ali Attestasiya Komissiyası bunun üçün əmr verməlidir. Bu əmr Bakı Dövlət Universitetinə gəldikdən sonra elmi seminarlar yaradılmalıdır" - T.Həsənova prosesi izah edərkən deyib. Onun sözlərinə görə, riyaziyyat, mexanika üzrə elmi ad almağa maraq var. "Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, hər bir elmi müəssisənin elmlər doktoru proqramı üzrə plan yerləri olur. Həmin plan yeri üzrə müvafiq qəbullar keçirilir. "Mexanika, Aqrar elmlər, Antropologiya, Siyasi elmlər, Sosiologiya, Milli Təhlükəsizlik və hərbi elmlər üzrə elmlər doktoru hazırlamaq üçün müvafiq qəbullar aparılır. Amma elə sahələr var ki, fəlsəfə doktoru ilə müqayisədə elmlər doktoru proqramı üzrə müdafiə edən alimlərin sayı hər zaman az olur. Əvvəlki illərin də statistikası göstərir ki, heç də bütün elm sahələri üzrə elmlər doktoru elmi dərəcəsini müdafiə edənlər olmur. Ona görə də, qeyd olunan elm sahələri üzrə elmlər doktorlarının olmaması təəccüblü və birinci hal deyil" - İlqar Orucov xatırladıb. Birlik rəhbəri qeyd edib ki, əgər dövlət sifarişi ilə sözügedən elm sahələri üzrə plan yerləri ayrılsa, çox yaxşı olar. Həm də həmin sahələr üzrə zamanında kadr hazırlığı aparılmalıdır. Mexanika, Aqrar elmlər, Antropologiya, Siyasi elmlər, Sosiologiya, Milli Təhlükəsizlik və hərbi elmlər üzrə elmlər doktorunun hazırlanmamasının səbəbi araşdırılmalıdır ki, gələcəkdə bu sahədə kadr çatışmazlığı yaranmasın. İ.Orucovun fikrincə, sözügedən sahələrdə elmlər doktoru hazırlanmamasında bürokratik amillərin olması inandırıcı deyil. Elmi tədqiqatlar üzrə planlaşdırma aparmaq, proqnoz vermək çətindir. Çünki, bunun üçün elmi tədiqiqat yekunlaşdırılmalıdır: "Bu proses təbənin məzun olması prosesindən çox fərqlidir. Müəyyən prosedurlar var ki, onlar həyata keçirilməlidir. Burada müəyyən yubanmalar ola bilər. Elmi tədqaqat müəssisəsi və emi tədqiqat həyata keçirən laboratoriya bunu müəyyənləşdirə bilmir. Elmi tədqiqatçı işini yekunlaşdıraraq planı yerinə yetirməlidir. Bu prosesin fərqi həm də odur ki, doktorantura proqramını başa vurduqdan sonra elmlər doktoru adı verilmir. Bunun üçün elmi tədqiqat ortaya qoyulmalıır. Həmin müddət ərzində müvafiq nəşrlərdə elmi işlər, məqalələr çap olunmalıdır. Bu proses çox böyük zaman aldığından, planlaşdırmaq çox çətin olur".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42308/87/423088775_174:0:2903:2047_1920x0_80_0_0_8ca3804fd4a439686f4b3949e1ddbd8c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, ilqar orucov, kamran əsədov, emin əmrullayev, azərbaycan milli elmlər akademiyasının coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru starə tarixəzəri, ali attestasiya komissiyası
azərbaycan, ilqar orucov, kamran əsədov, emin əmrullayev, azərbaycan milli elmlər akademiyasının coğrafiya institutunun landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru starə tarixəzəri, ali attestasiya komissiyası
Azərbaycanda elmlər doktoru olmaq üçün "Şaolinin 36 mərhələsi"ni keçmək lazımdır
İlqar Orucov bildirib ki, qeyd olunan elm sahələri üzrə elmlər doktorlarının olmaması təəccüblü və birinci hal deyil.
BAKI, 11 yanvar — Sputnik. Ötən il ərzində elmlər doktoru elmi dərəcəsi alanların sayı açıqlanıb. 2023-cü il ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Onlardan Riyaziyyat üzrə 5, Astronomiya üzrə 2, Fizika 5, Kimya üzrə 1, Biologiya elmləri üzrə 6, Yer elmləri üzrə 1, Tibb elmləri üzrə 11, Texnika elmləri üzrə 7, Əczaçılıq elmləri üzrə 1, İqtisad elmləri üzrə 7, Coğrafiya üzrə 1, Tarix üzrə 9, Hüquq elmləri üzrə 4, Filologiya elmləri üzrə 32, Pedaqogika üzrə 3, Psixologiya üzrə 1, Sənətşünaslıq üzrə 1, Memarlıq üzrə 1, Fəlsəfə üzrə 1 nəfər elmlər doktoru elmi dərəcəsi alıb. Mexanika, Aqrar elmlər, Antropologiya, Siyasi elmlər, Sosiologiya, Milli Təhlükəsizlik və hərbi elmlər üzrə isə elmlər doktoru elmi dərəcəsi alan olmayıb. Bu ictimaiyyətdən birmənalı qarşılanmayıb. Sputnik Azərbaycan bəzi sahələr üzrə elmlər doktoru elmi dərəcəsi alanların olmamasının səbəbini araşdırıb.
AMEA-nın Riyaziyyat və Mexanika İnstitutundan bu məlumatın həqiqəti əks etdirmədiyini bildiriblər. İnstitutun elmi katibi, Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tamilla Həsənova Sputnik Azərbaycan-a deyib ki, riyaziyyat üzrə ötən il bir nəfər 39 yaşlı xanım müdafiə edib. Bu il isə elmi şura qərarı gec verdiyindən, bu proses gecikib.
"Bizim institutda iki nəfərin müdafiəsi nəzərdə tutulsa da, müdafiə baş tutmayıb. Bunun da bizdən asılı olmayan səbəbləri var. İki nəfərin elmlər doktoru disertasiyaları hazırdır. Ali Attestasiya Komissiyası bunun üçün əmr verməlidir. Bu əmr Bakı Dövlət Universitetinə gəldikdən sonra elmi seminarlar yaradılmalıdır" - T.Həsənova prosesi izah edərkən deyib.
Onun sözlərinə görə, riyaziyyat, mexanika üzrə elmi ad almağa maraq var.
"Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti" İctimai Birliyinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a bildirib ki, hər bir elmi müəssisənin elmlər doktoru proqramı üzrə plan yerləri olur. Həmin plan yeri üzrə müvafiq qəbullar keçirilir.
"Mexanika, Aqrar elmlər, Antropologiya, Siyasi elmlər, Sosiologiya, Milli Təhlükəsizlik və hərbi elmlər üzrə elmlər doktoru hazırlamaq üçün müvafiq qəbullar aparılır. Amma elə sahələr var ki, fəlsəfə doktoru ilə müqayisədə elmlər doktoru proqramı üzrə müdafiə edən alimlərin sayı hər zaman az olur. Əvvəlki illərin də statistikası göstərir ki, heç də bütün elm sahələri üzrə elmlər doktoru elmi dərəcəsini müdafiə edənlər olmur. Ona görə də, qeyd olunan elm sahələri üzrə elmlər doktorlarının olmaması təəccüblü və birinci hal deyil" - İlqar Orucov xatırladıb.
Birlik rəhbəri qeyd edib ki, əgər dövlət sifarişi ilə sözügedən elm sahələri üzrə plan yerləri ayrılsa, çox yaxşı olar. Həm də həmin sahələr üzrə zamanında kadr hazırlığı aparılmalıdır. Mexanika, Aqrar elmlər, Antropologiya, Siyasi elmlər, Sosiologiya, Milli Təhlükəsizlik və hərbi elmlər üzrə elmlər doktorunun hazırlanmamasının səbəbi araşdırılmalıdır ki, gələcəkdə bu sahədə kadr çatışmazlığı yaranmasın.
İ.Orucovun fikrincə, sözügedən sahələrdə elmlər doktoru hazırlanmamasında bürokratik amillərin olması inandırıcı deyil. Elmi tədqiqatlar üzrə planlaşdırma aparmaq, proqnoz vermək çətindir. Çünki, bunun üçün elmi tədiqiqat yekunlaşdırılmalıdır:
"Bu proses təbənin məzun olması prosesindən çox fərqlidir. Müəyyən prosedurlar var ki, onlar həyata keçirilməlidir. Burada müəyyən yubanmalar ola bilər. Elmi tədqaqat müəssisəsi və emi tədqiqat həyata keçirən laboratoriya bunu müəyyənləşdirə bilmir. Elmi tədqiqatçı işini yekunlaşdıraraq planı yerinə yetirməlidir. Bu prosesin fərqi həm də odur ki, doktorantura proqramını başa vurduqdan sonra elmlər doktoru adı verilmir. Bunun üçün elmi tədqiqat ortaya qoyulmalıır. Həmin müddət ərzində müvafiq nəşrlərdə elmi işlər, məqalələr çap olunmalıdır. Bu proses çox böyük zaman aldığından, planlaşdırmaq çox çətin olur".