https://sputnik.az/20240110/zengezur-dehlizi-layihesile-bagli-ermenistandan-gelen-musbet-siqnallar-neden-qaynaqlanir-461848902.html
Zəngəzur dəhlizi layihəsilə bağlı Ermənistandan gələn müsbət siqnallar nədən qaynaqlanır?
Zəngəzur dəhlizi layihəsilə bağlı Ermənistandan gələn müsbət siqnallar nədən qaynaqlanır?
Sputnik Azərbaycan
Politoloq bildirir ki, 2028-ci ilədək Zəngəzurla bağlı ölkələrdə seçkilər keçiriləcək, hərçənd bu seçkilərin həmin ölkələrdə siyasi istibleşmentləri dəyişəcəyi... 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T10:05+0400
2024-01-10T10:05+0400
2024-01-10T10:05+0400
zəngəzur dəhlizi
təhlil
politoloq
türkiyə
abş
abş
rəcəb tayyip ərdoğan
arzu nağıyev
arzu nağıyev
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455770108_14:0:903:500_1920x0_80_0_0_f86409c91f2cbe1abe56d35e178b8941.png
BAKI, 10 yanvar — Sputnik. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. O qeyd edib ki, son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər. Millət vəkili Arzu Nağıyev bildirir ki, 44 günlük müharibədən sonra iqtisadi inkişaf üçün əsas təkliflərdən biri "3+3" formatıdır: "Məhz bu format çərçivəsində bütün region ölkələri qarşııqlı əməkdaşlığı genişləndirməli, logistik daşımaların asanlaşdırılması üçün qarşılıqlı addımlar atılmalı idi. Bu formatın işə salınması regionun xarici təhlükələrə qarşı immunitetini artırmış olacaq. Qeyd etmək lazımdır ki, Ermənistanın indiyə qədər regional kommuniaksiyalardan istifadəsi üçün iki çıxış yolu var idi. Bunlardan biri İran, digəri isə Gürcüstan vasitəsilədir. İqlim amillərinə görə Gürcüstan yolunun istifadəsi əlverişsiz olur. Bu da Ermənistanı çıxılmaz vəziyyətdə qoyur". Arzu Nağıyev deyir ki, Ermənistan Azərbaycanla sülh bağlasa, Türkiyə ilə sərhədləri açılsa və Zəngəzur dəhlizi işə düşsə, iqtisadiyyatındakı problemləri həll edə bilər: "Yəni, həm regional, həm beynəlxalq amillər Ermənistanı rasional addımlar atmağa məcbur edir. Rasional təklifləri isə Azərbaycan irəli sürüb. "3+3" formatını təklif edib, Zəngəzur dəhlizinin açılmasını istəyir. Xatırlayırsınızsa, Ermənistan hakimiyyəti xarici havadarlar hesabına bir müddət bu təklifləri gözardı etməyə çalışdı. İndi isə görünən odur ki, Ermənistan reallıqları qəbul etməyə başlayıb. Türkiyəli nazirin "müsbət siqnallar alırıq açıqlaması" da bundan qaynaqlanır. Bu gün dəhlizlərin açılması, kommunikasiyaların bərpası gündəmdə olan əsas məsələlərdir. Dünyada baş verən qlobal qarşıdurmalar fonunda Zəngəzur dəhlizi, regional əməkdaşlığın genişləndirilməsi ən əlverişli variant kimi qəbul edilir. Ermənistan bu əməkdaşlığa olan ehtiyacını başqa ölkələrin geosiyasi maraqlarına və diktələrinə qurban verməməlidir". Millət vəkili Ermənistandan alınan müsbət siqnalları həm də İran amili ilə əlaqələndirib: "Azərbaycan İran münasibətlərində yaranmış gərginlik ilk başda Ermənistanı şirnikləndirir, öz şərtlərini irəli sürməyə sövq edirdi. Sonradan İrəvan rəsmilərinin qapı-qapı düşüb regional əməkdaşlığın guya ki, alternativ əslində isə boyatımış və perspektivsiz variantını təqdim etmələri Azərbaycan-İran münasibətlərindəki soyuqluqdan qaynaqlanırdı. Cənub qonşumuzla Azərbaycan arasında aparılan dialoq və müzakirələr, problemli məqamların aydın dillə izah edilməsi münasibətlərin stabilləşməsinə gətirib çıxardı. Məhz bundan sonra Azərbaycan və İran arasında nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi ilə bağlı addımlar atıldı. Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığındakı Araz çayı üzərində tikiləcək körpünün təməlqoyma mərasiminə İranın yol və şəhərsalma naziri Mehrdad Bezrpaş və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iştirak etdilər. Bu, Ermənistanı narahat etməyə bilməzdi. Düşünürəm ki, Ermənistan dalan dövləti kimi qalmamaq üçün canfəşanlıq edəcək". Politoloq Elşən Manafov isə qeyd edib ki, Zəngəzur ətrafında gedən danışıqların uzun müddət davam etməsi texniki amillərlə deyil,region dövlətləri,habelə regiondan kənar güc mərkəzlərinin dəhlizin statusu və rentabelliyi ilə bağlı məsələlərdən, regionda dayanıqlı sülh və sabitlikdən asılı olacaq. Onun sözlərinə görə, Ermənistan ABŞ-nin dəstəyinə arxalanaraq dəhliz üzərində nəzarətin onun suveren hüququ olduğunu bəyan edir, halbuki 2020-ci ilin noyabr razılaşmasına əsasən dəhlizə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir: "Nazir bunu bir tərəfdən Ermənistandan daxil olan ismarıclarla, digər tərəfdən isə dəhlizin istifadəyə verilməsi üçün Türkiyə və Ermənistan ərazisində infrastukturun qurulması üçün müddət ilə əlaqədar olduğunu bildirib. Dəhlizin cəmi 43 km Ermənistan,224 km isə Türkiyə ərazisinə düşür. Lakin Zəngəzur ətrafında gedən danışıqları n uzun müddət davam etməsi texniki amillərlə deyil, region dövlətləri, habelə regiondankənar güc mərkəzlərinin dəhlizin statusu və rentabelliyi ilə bağlı məsələlərdən, nəhayət regionda dayanıqlı sülh və sabitlikdən asılı olacaq. Ermənistan ABŞ-nin dəstəyinə arxalanaraq dəhliz üzərində nəzarətin onun suveren hüququ olduğunu bəyan edir, halbuki 2020-ci ilin noyabr razılaşmasına əsasən dəhlizə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir. İndiki şəraitdə bu, bizim, Türkiyə və İranın maraqlarına cavab verir. Adı çəkilən dövlətlər regionda 3+3 formatında əməkdaşlığın tərəfdarıdırlar. Bu regiondan kənar qüvvələrin regiona müdaxiləsinə yol vermir. ABŞ isə məsələnin bu sayaq həllinin əleyhinədir, Avropa İttifaqı da həmçinin. ABŞ Zəngəzur vasitəsilə Orta Dəhlizdə hegemon mövqe tutaraq Çin, Rusiya, İran və başqalarının dəhlizdə yükdaşımalardan kənarda qoymaq istəyir. Türkiyənin bu məsələdə ABŞ ilə eyni mövqedə duracağı inandırıcı görünmür. Ərdoğanın hələlik ABŞ-yə bel bağlamamaq üçün kifayət qədər əsasları var. Digər tərəfdən 2028-ci ilədək Zəngəzurla bağlı ölkələrdə seçkilər keçiriləcək, hərçənd bu seçkilərin həmin ölkələrdə siyasi istibleşmentləri dəyişəcəyi də hələlik inandırıcı təsir bağışlamır".
zəngəzur dəhlizi
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/06/09/455770108_125:0:792:500_1920x0_80_0_0_19871fb40b5cdbf3f1e4872cd7e161f2.pngSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
zəngəzur dəhlizi, politoloq, türkiyə, abş, abş, rəcəb tayyip ərdoğan, arzu nağıyev, arzu nağıyev, ermənistan, avropa ittifaqı, avropa ittifaqı
zəngəzur dəhlizi, politoloq, türkiyə, abş, abş, rəcəb tayyip ərdoğan, arzu nağıyev, arzu nağıyev, ermənistan, avropa ittifaqı, avropa ittifaqı
Zəngəzur dəhlizi layihəsilə bağlı Ermənistandan gələn müsbət siqnallar nədən qaynaqlanır?
Politoloq bildirir ki, 2028-ci ilədək Zəngəzurla bağlı ölkələrdə seçkilər keçiriləcək, hərçənd bu seçkilərin həmin ölkələrdə siyasi istibleşmentləri dəyişəcəyi də hələlik inandırıcı təsir bağışlamır
BAKI, 10 yanvar — Sputnik. Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.
O qeyd edib ki, son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var.
Mövzu ilə bağlı millət vəkili Arzu Nağıyev və politoloq Elşən Manafov Sputnik Azərbaycan-a fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev bildirir ki, 44 günlük müharibədən sonra iqtisadi inkişaf üçün əsas təkliflərdən biri "3+3" formatıdır: "Məhz bu format çərçivəsində bütün region ölkələri qarşııqlı əməkdaşlığı genişləndirməli, logistik daşımaların asanlaşdırılması üçün qarşılıqlı addımlar atılmalı idi. Bu formatın işə salınması regionun xarici təhlükələrə qarşı immunitetini artırmış olacaq. Qeyd etmək lazımdır ki, Ermənistanın indiyə qədər regional kommuniaksiyalardan istifadəsi üçün iki çıxış yolu var idi. Bunlardan biri İran, digəri isə Gürcüstan vasitəsilədir. İqlim amillərinə görə Gürcüstan yolunun istifadəsi əlverişsiz olur. Bu da Ermənistanı çıxılmaz vəziyyətdə qoyur".
Arzu Nağıyev deyir ki, Ermənistan Azərbaycanla sülh bağlasa, Türkiyə ilə sərhədləri açılsa və Zəngəzur dəhlizi işə düşsə, iqtisadiyyatındakı problemləri həll edə bilər: "Yəni, həm regional, həm beynəlxalq amillər Ermənistanı rasional addımlar atmağa məcbur edir. Rasional təklifləri isə Azərbaycan irəli sürüb. "3+3" formatını təklif edib, Zəngəzur dəhlizinin açılmasını istəyir. Xatırlayırsınızsa, Ermənistan hakimiyyəti xarici havadarlar hesabına bir müddət bu təklifləri gözardı etməyə çalışdı. İndi isə görünən odur ki, Ermənistan reallıqları qəbul etməyə başlayıb. Türkiyəli nazirin "müsbət siqnallar alırıq açıqlaması" da bundan qaynaqlanır. Bu gün dəhlizlərin açılması, kommunikasiyaların bərpası gündəmdə olan əsas məsələlərdir. Dünyada baş verən qlobal qarşıdurmalar fonunda Zəngəzur dəhlizi, regional əməkdaşlığın genişləndirilməsi ən əlverişli variant kimi qəbul edilir. Ermənistan bu əməkdaşlığa olan ehtiyacını başqa ölkələrin geosiyasi maraqlarına və diktələrinə qurban verməməlidir".
Millət vəkili Ermənistandan alınan müsbət siqnalları həm də İran amili ilə əlaqələndirib: "Azərbaycan İran münasibətlərində yaranmış gərginlik ilk başda Ermənistanı şirnikləndirir, öz şərtlərini irəli sürməyə sövq edirdi. Sonradan İrəvan rəsmilərinin qapı-qapı düşüb regional əməkdaşlığın guya ki, alternativ əslində isə boyatımış və perspektivsiz variantını təqdim etmələri Azərbaycan-İran münasibətlərindəki soyuqluqdan qaynaqlanırdı. Cənub qonşumuzla Azərbaycan arasında aparılan dialoq və müzakirələr, problemli məqamların aydın dillə izah edilməsi münasibətlərin stabilləşməsinə gətirib çıxardı. Məhz bundan sonra Azərbaycan və İran arasında nəqliyyat kommunikasiyalarının inkişaf etdirilməsi ilə bağlı addımlar atıldı. Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığındakı Araz çayı üzərində tikiləcək körpünün təməlqoyma mərasiminə İranın yol və şəhərsalma naziri Mehrdad Bezrpaş və Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev iştirak etdilər. Bu, Ermənistanı narahat etməyə bilməzdi. Düşünürəm ki, Ermənistan dalan dövləti kimi qalmamaq üçün canfəşanlıq edəcək".
Politoloq Elşən Manafov isə qeyd edib ki, Zəngəzur ətrafında gedən danışıqların uzun müddət davam etməsi texniki amillərlə deyil,region dövlətləri,habelə regiondan kənar güc mərkəzlərinin dəhlizin statusu və rentabelliyi ilə bağlı məsələlərdən, regionda dayanıqlı sülh və sabitlikdən asılı olacaq.
Onun sözlərinə görə, Ermənistan ABŞ-nin dəstəyinə arxalanaraq dəhliz üzərində nəzarətin onun suveren hüququ olduğunu bəyan edir, halbuki 2020-ci ilin noyabr razılaşmasına əsasən dəhlizə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir:
"Nazir bunu bir tərəfdən Ermənistandan daxil olan ismarıclarla, digər tərəfdən isə dəhlizin istifadəyə verilməsi üçün Türkiyə və Ermənistan ərazisində infrastukturun qurulması üçün müddət ilə əlaqədar olduğunu bildirib. Dəhlizin cəmi 43 km Ermənistan,224 km isə Türkiyə ərazisinə düşür. Lakin Zəngəzur ətrafında gedən danışıqları n uzun müddət davam etməsi texniki amillərlə deyil, region dövlətləri, habelə regiondankənar güc mərkəzlərinin dəhlizin statusu və rentabelliyi ilə bağlı məsələlərdən, nəhayət regionda dayanıqlı sülh və sabitlikdən asılı olacaq. Ermənistan ABŞ-nin dəstəyinə arxalanaraq dəhliz üzərində nəzarətin onun suveren hüququ olduğunu bəyan edir, halbuki 2020-ci ilin noyabr razılaşmasına əsasən dəhlizə nəzarəti Rusiya sərhədçiləri həyata keçirməlidir. İndiki şəraitdə bu, bizim, Türkiyə və İranın maraqlarına cavab verir. Adı çəkilən dövlətlər regionda 3+3 formatında əməkdaşlığın tərəfdarıdırlar. Bu regiondan kənar qüvvələrin regiona müdaxiləsinə yol vermir. ABŞ isə məsələnin bu sayaq həllinin əleyhinədir, Avropa İttifaqı da həmçinin. ABŞ Zəngəzur vasitəsilə Orta Dəhlizdə hegemon mövqe tutaraq Çin, Rusiya, İran və başqalarının dəhlizdə yükdaşımalardan kənarda qoymaq istəyir.
Türkiyənin bu məsələdə ABŞ ilə eyni mövqedə duracağı inandırıcı görünmür. Ərdoğanın hələlik ABŞ-yə bel bağlamamaq üçün kifayət qədər əsasları var. Digər tərəfdən 2028-ci ilədək Zəngəzurla bağlı ölkələrdə seçkilər keçiriləcək, hərçənd bu seçkilərin həmin ölkələrdə siyasi istibleşmentləri dəyişəcəyi də hələlik inandırıcı təsir bağışlamır".