Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyi əhalini qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb

© iStock.com / Mumemoriesqızılca
qızılca  - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.
BAKI, 10 yanvar — Sputnik. 2023-cü ilin sonlarından başlayan və hazırda davam edən qızılca xəstəliyinin yerli yayılması ilə əlaqədar ölkə ərazisində əks-epidemik və profilaktik tədbirlərin aparılması davam etdirilir.
Səhiyyə Nazirliyindən verilən xəbərə görə, yaranmış epidemioloji vəziyyətin təhlili göstərir ki, azyaşlı uşaqlarla yanaşı, həmçinin 10 yaşından yuxarı uşaqlar və böyüklər arasında da yoluxma halları baş verir. Bunu da qeyd etmək lazımdır ki, yoluxanların, demək olar ki, hamısı qızılcaya qarşı heç vaxt peyvənd olunmayan və xəstəliyi keçirməyən şəxslərdir.
İnfeksiyanın yerli yayılmasının, xəstəlikdən ağırlaşma və ölüm hallarının qarşısının alınması üçün 10 yaşa qədər uşaqların ölkədə qüvvədə olan Profilaktik peyvəndlər təqviminə əsasən vaksinasiyası ilə yanaşı, qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvənd olunmasının vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vaksin preparatlarının alınıb ölkəyə gətirilməsini təşkil edib.
Yüksək yoluxuculuq qabiliyyətinə malik qızılca infeksiyasından qorunmağın ən effektiv yolunun vaksinasiya olduğunu nəzərə alaraq, Səhiyyə Nazirliyi əhaliyə bir daha müraciət edib və qeyd olunan həssas əhali qruplarını qızılca infeksiyasına qarşı peyvənd olunmağa çağırıb.
Bildirilib ki, vaksinasiya üçün yaşayış yerləri üzrə uşaq və böyük əhaliyə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət oluna bilər.
Xatırladaq ki, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Xanım Mirzəyeva bildirib ki, vaxtında qızılcaya qarşı peyvənd olunmayan qadınlarda hamiləlik dövründə xəstəliyin gedişatı ağır ola bilər. Bunun əsas səbəbi hamiləlik dövründə qadının fizioloji olaraq immun sisteminin nisbətən zəifləməsindən irəli gəlir. Onun sözlərinə görə, hamiləlikdə də əsas yoluxma mənbəyi hamilənin xəstə insanla kontaktda olmasıdır.
Xəbər lenti
0