Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qışda immuniteti necə qorumaq lazımdır?

Bakı - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
D3 vitami yağ mübadiləsini tənzimləyir, normal çəkinin qorunub saxlanmasına kömək edir, dəri, saç və dırnaqların sağlam olmasını təmin edir
BAKI, 10 yanvar — Sputnik. Qış mövsümündə immunitet sağlamlığın qorunmasında xüsusi rol oynayır, çünki soyuq temperatur və viruslar orqanizmə mənfi təsir göstərə bilər.
Bunu həkim və dietoloq-endokrinoloq Angelina Vodolazkaya "Qazeta.Ru"ya müsahibəsində deyib.
"Kifayət qədər ultrabənövşəyi işıq olmadan dəri D3 vitamininin aktiv formasını istehsal etməyi dayandırır. D3 vitami yağ mübadiləsini tənzimləyir, normal çəkinin qorunub saxlanmasına kömək edir, dəri, saç və dırnaqların sağlam olmasını təmin edir" - həkim izah edib.
Həkim hətta soyuq havalarda sağlamlığımızı və əhval-ruhiyyəmizi dəstəkləyən bir neçə məhsulun adını da vurğulayıb.
"Tərəvəzlər qida liflərinin əsas tədarükçüsüdür, bunun sayəsində xolesterol orqanizmdən çıxarılır və mədə-bağırsaq traktının fəaliyyəti yerinə yetirilir. Belə tərəvəzlərdən biri ispanaqdır. Bu tərəvəz C vitamini mənbəyidir, həmçinin ispanaqda immunitet sistemini gücləndirməyə kömək edən beta-karotin və antioksidanlar da var", - deyə ekspert əlavə edib.
Qışda lazım olan növbəti vacib məhsul sarımsaqdır.
"Sarımsaq güclü virusa qarşı və antibakterial xüsusiyyətlərə malikdir. Bu tərəvəz soyuqdəymə və qrip riskini azaltmağa və immunitet sistemini gücləndirməyə kömək edə bilər. Çaya əlavə edilə bilən və ya müxtəlif yeməklərin hazırlanmasında istifadə oluna bilən zəncəfil də iltihab əleyhinə xüsusiyyətlərə malikdir. Zəncəfil bizi ürək-damar xəstəliklərindən qoruyan xolesterinin səviyyəsini aşağı salır. Bundan əlavə, bu məhsul beyin üçün faydalıdır - yaddaşı və konsentrasiyanı yaxşılaşdırır, həmçinin Alzheymer xəstəliyinin qarşısının alınmasına kömək edir" - həkim vurğulayıb.
Xəbər lenti
0