https://sputnik.az/20240110/prezident-seckilerinde-novbeti-namized-zahid-oruc-olacaq-461358974.html
Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri müəyyənləşib
Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri müəyyənləşib
Sputnik Azərbaycan
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T14:15+0400
2024-01-10T14:15+0400
2024-01-10T12:36+0400
siyasət
növbədənkənar seçkilər
prezident seçkiləri
zahid oruc
sosial tədqiqatlar mərkəzi
prezident ilham əliyev
yeni azərbaycan partiyası
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_0:0:2000:1125_1920x0_80_0_0_3cb5ad5a6efda80a94cbdc0871487b27.jpg
BAKI, 10 yanvar - Sputnik. Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri məlum olub. Bu barədə prezidentliyə namizədin Seçki Qərargahından məlumat verilib. Bildirilib ki, Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə təyin edilib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.17.12.23, 13:22Zahid Oruc prezidentliyə namizədliklə bağlı rəsmən MSK-ya müraciət edib7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.Qanunvericiliyə uyğun olaraq, ilkin bildiriş və öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib.Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq Fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcəkdir.16.12.23, 11:16Prezident seçkilərində növbəti namizəd Zahid Oruc olacaqSosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc prezidentliyə namizəd olacaq. Zahid Oruc bunu APA-ya açıqlamasında bildirib.O, sənədlərini sabah Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.Azərbaycanda növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü iıdə keçiriləcək.Qeyd edək ki, dünən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak etdiyi tədbirdə partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40520/66/405206664_293:0:2000:1280_1920x0_80_0_0_bc18b84ab20380dbc8d4e96af67c8f2b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
növbədənkənar seçkilər, prezident seçkiləri, zahid oruc, sosial tədqiqatlar mərkəzi , prezident ilham əliyev, yeni azərbaycan partiyası
növbədənkənar seçkilər, prezident seçkiləri, zahid oruc, sosial tədqiqatlar mərkəzi , prezident ilham əliyev, yeni azərbaycan partiyası
Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri müəyyənləşib
Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
BAKI, 10 yanvar - Sputnik. Prezidentliyə namizəd Zahid Orucun ictimai vəkilləri məlum olub.
Bu barədə prezidentliyə namizədin Seçki Qərargahından məlumat verilib.
Bildirilib ki, Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadə təyin edilib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.
Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır:
1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;
2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc;
3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;
4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;
5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;
6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev,
7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Zahid Oruc prezidentliyə namizədliklə bağlı rəsmən MSK-ya müraciət edib
7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Qanunvericiliyə uyğun olaraq, ilkin bildiriş və öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib.
Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq Fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcəkdir.
Prezident seçkilərində növbəti namizəd Zahid Oruc olacaq
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc prezidentliyə namizəd olacaq. Zahid Oruc bunu APA-ya açıqlamasında bildirib.
O, sənədlərini sabah Mərkəzi Seçki Komissiyasına təqdim edəcək.
Azərbaycanda növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü iıdə keçiriləcək.
Qeyd edək ki, dünən Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.
YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak etdiyi tədbirdə partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.