Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Mərkəzi Bank faizləri azaldır, banklar isə "faiz artımı strategiyası"na sadiqdir - deputat

© AP Photo / Darko VojinovicMərkəzi bank
Mərkəzi bank - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Deputat Vüqar Bayramov bildirib ki, depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa da, banklarda daha bahalı borclanma və daha yüksək kredit faizlərinə səbəb olur.
BAKI, 10 yanvar — Sputnik. Deputat Vüqar Bayramov bankların faiz dərəcələrini artırmasını tənqid edib. Millət vəkili bildirib ki, 2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsini azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib.
"Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5 faizə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya gedib. Adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və eləcə də kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankın uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra əksinə depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımından müsbət olsa da, unutmaq lazım deyil ki, bu, banklarda daha bahalı borclanma və daha yüksək kredit faizlərinə səbəb olur. Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil" - deputat bildirib.
© Photo : TRENDMilli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov
Onun sözlərinə görə, depozit faizlərindəki artımlara Bloomberg platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşməyib. Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bilib və bu da banklarda əlavə vəsaitlərə tələb yaradıb.
"Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 (М0 = dövriyyədə olan nağd pullar (qəpiklər, banknotlar) - red.) bankları daha aktiv kampaniyalara sövq edir. Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalma qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın "faiz azalma siyasəti" hələlik banklarda "faiz artımı strategiyası" ilə müşahidə olunmaqdadır".
Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib.
Xatırladaq ki, dekabrda Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8.5%-dən 8.0%-ə, faiz dəhlizinin aşağı həddi 7.0%-dən 6.5%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9.5%-dən 9.0%-ə endirilib.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.
Xəbər lenti
0