DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Cənubi Koreyada it yemək qadağan edildi

© iStock.com / RalchevDesignit
it - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
İtlərin yetişdirilməsini, kəsilməsini, paylanmasını və ət kimi satışını qadağan edən qanun layihəsinin lehinə 208 deputat çıxış edib.
BAKI, 10 yanvar — Sputnik. Cənubi Koreya Milli Assambleyası it ətinin istifadəsini qadağan edən xüsusi qanun layihəsini qəbul edib.
Bu barədə Rusiya mediası Koreyanın "Yonhap" agentliyinə istinadən xəbər verib.
İtlərin yetişdirilməsini, kəsilməsini, paylanmasını və ət kimi satışını qadağan edən qanun layihəsinin lehinə 208 deputat çıxış edib, iki deputat isə bitərəf qalıb.
Qanun layihəsi, it əti sənayesində çalışan insanların işlərini dəyişdirməsinə kömək etmək üçün subsidiyaların verilməsini də tələb edir. Cənubi Koreyada təxminən 1150 it ferması, 34 ət müəssisəsi, 219 distribyutor və it ətindən hazırlanan məhsulları satan təxminən 1600 restoran var.
Qanunu pozanları iki ilə qədər həbs cəzası və ya 30 milyon vona qədər məbləğində cərimə gözləyir.
"Biz hesab edirik ki, bu qadağa Cənubi Koreyanın heyvanların qorunmasına ilə bağlı mühüm dönüş nöqtəsidir" - heyvan hüquqları qrupunun yerli şöbəsinin nümayəndəsi Li San Gyön bildirib.
Daha əvvəl Cənubi Koreyada it fermalarının sahiblərinin it ətinin qadağan edilməsinə etiraz etdikləri barədə məlumat verilib. Onlar hesab edirlər ki, it ətinin qadağan edilməsi onları dolanışıqlarından məhrum edəcək və ölkə əhalisinə təhlükə yaradacaq.
Xəbər lenti
0