Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb

© iStock.com / apomaresDərmanlar, arxiv şəkli
Dərmanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Siyahıya yeni 11 dərman adı əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 120-yə çatıb.
BAKI, 10 yanvar — Sputnik. "Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı"nda dəyişiklik edilib.
Bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Siyahıya yeni 11 dərman adı əlavə edilib. Bununla da siyahıda yer ala dərmanların sayı 120-yə çatıb.
Qərarın icrasına nəzarət səhiyyə nazirinin müavini İlqar Qasımova həvalə edilib.
Xatırladaq ki, siyahı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 27.07.2017-ci il tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilib.
Əlavə edək ki, dünya üzrə 6-8 min nadir xəstəliyin mövcud olduğu bildirilir. Təxmini hesablamalara əsasən dünyada 250-350 milyon insan nadir xəstəliklərdən əziyyət çəkir. Nadir xəstəliklərə diqqət çəkmək, bu xəstələrin problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədilə təqvimin “nadir” günlərindən hesab olunan 29 Fevral hər il dünyada Nadir Xəstəliklər Günü kimi qeyd olunur. Nəzərə almaq lazımdır ki, dünyada nadir rast gəlinən xəstəliklərin vahid, geniş qəbul edilmiş tərifi yoxdur.
Xəbər lenti
0