https://sputnik.az/20240110/azerbaycanda-iki-gunes-elektrik-stansiyasinin-tikintisine-baslanilmasi-planlasdirilir-461868057.html
Azərbaycanda iki günəş elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır
Azərbaycanda iki günəş elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır
Sputnik Azərbaycan
Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır. 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T23:40+0400
2024-01-10T23:40+0400
2024-01-10T23:40+0400
cəmiyyət
yaşıl enerji
energetika naziri pərviz şahbazov
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443530866_0:0:3077:1731_1920x0_80_0_0_b37c440378e51d61b9fdc5d70eb71992.jpg
BAKI, 10 yanvar — Sputnik. Azərbaycanda bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılması planlaşdırılır. Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır. "BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla "yaşıl enerji" tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq", - paylaşımda bildirilir. Qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1e/443530866_139:0:2868:2047_1920x0_80_0_0_27520005388306cf5e0b361aa5fcd413.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yaşıl enerji, energetika naziri pərviz şahbazov
yaşıl enerji, energetika naziri pərviz şahbazov
Azərbaycanda iki günəş elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır
Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır.
BAKI, 10 yanvar — Sputnik. Azərbaycanda bu ilin sonunadək ümumi gücü 760 MVt olan 2 günəş elektrik stansiyasının (GES) tikintisinə başlanılması planlaşdırılır.
Bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Nazir qeyd edib ki, gələn il isə 240 MVt gücündə bir külək elektrik stansiyasının (KES) tikintisinə başlanılması planlaşdırılır.
"BƏƏ ilə imzalanan elektrik enerjisinin ötürülməsi üzrə investisiya əməkdaşlığına dair Anlaşma Memorandumu, yaşıl enerji sahəsində Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi və 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Yol Xəritəsi yaşıl dünya naminə həmrəyliyimizin təzahürü olmaqla "yaşıl enerji" tərəfdaşlığımızı daha da möhkəmləndirəcək. İlin sonunadək ümumi gücü 760 MVt olan 2 GES, gələn il isə 240 MVt gücündə 1 KES-in tikintisinə başlamağı planlaşdırırıq", - paylaşımda bildirilir.
Qeyd edək ki, “Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq.