https://sputnik.az/20240110/azerbaycan-belarus-turistlerin-en-cox-sefer-etdiyi-olkelerden-olub-461861760.html
Azərbaycan Belarus turistlərin ən çox səfər etdiyi ölkələrdən olub
Azərbaycan Belarus turistlərin ən çox səfər etdiyi ölkələrdən olub
Sputnik Azərbaycan
Ötən il Gürcüstan, Azərbaycan və Ermənistan belaruslar üçün cəlbedici olaraq qalıb. 10.01.2024, Sputnik Azərbaycan
2024-01-10T23:00+0400
2024-01-10T23:00+0400
2024-01-10T23:00+0400
belarus
cəmiyyət
turist
turist səfəri
https://cdnn1.img.sputnik.az/img/42059/89/420598945_0:0:2000:1125_1920x0_80_0_0_81330b51ee0955ff41ee24f1957d897e.jpg
BAKI, 10 yanvar — Sputnik. Ötən il belarusların tətil üçün ən çox getdiyi ölkələrdən biri Azərbaycan olub. Bu barədə Belarusun İdman Nazirliyinin Turizm Departamentinin rəhbəri İrina Voronoviç deyib. Onun sözlərinə görə, bu siyahıda ilk yerləri Misir, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ənənəvi dənizkənarı kurortları tutur. O qeyd edib ki, ötən il Gürcüstan, Azərbaycan və Ermənistan belaruslar üçün cəlbedici olaraq qalıb: "Özbəkistan da populyar olub. Həmçinin, turistlərimiz Rusiyaya səyahətlərini davam etdiriblər". İ.Voronoviç bildirib ki, bu il də Azərbaycan, Özbəkistan və Qazaxıstanla turizm sahəsində sıx əməkdaşlığı davam etdirəcəklər. Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,8 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Ölkəyə gələnlərin: -30,5 faizi Rusiya Federasiyası, -18,1 faizi Türkiyə, -7,9 faizi İran, -5,3 faizi Hindistan, -4,9 faizi Gürcüstan, -4,0 faizi Səudiyyə Ərəbistanı, -2,8 faizi Qazaxıstan, -2,6 faizi Pakistan, -1,9 faizi Özbəkistan, -1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, -hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna, -1,4 faizi Küveyt, -1,3 faizi Belarus, -hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin, -1,1 faizi Böyük Britaniya, -11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/89/420598945_227:0:2000:1330_1920x0_80_0_0_5235d07a13f8c8314e53ac230b82366f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
belarus, turist, turist səfəri
belarus, turist, turist səfəri
Azərbaycan Belarus turistlərin ən çox səfər etdiyi ölkələrdən olub
Ötən il Gürcüstan, Azərbaycan və Ermənistan belaruslar üçün cəlbedici olaraq qalıb.
BAKI, 10 yanvar — Sputnik. Ötən il belarusların tətil üçün ən çox getdiyi ölkələrdən biri Azərbaycan olub.
Bu barədə Belarusun İdman Nazirliyinin Turizm Departamentinin rəhbəri İrina Voronoviç deyib.
Onun sözlərinə görə, bu siyahıda ilk yerləri Misir, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin ənənəvi dənizkənarı kurortları tutur.
O qeyd edib ki, ötən il Gürcüstan, Azərbaycan və Ermənistan belaruslar üçün cəlbedici olaraq qalıb: "Özbəkistan da populyar olub. Həmçinin, turistlərimiz Rusiyaya səyahətlərini davam etdiriblər".
İ.Voronoviç bildirib ki, bu il də Azərbaycan, Özbəkistan və Qazaxıstanla turizm sahəsində sıx əməkdaşlığı davam etdirəcəklər.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 186 ölkəsindən 1,8 milyon və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu barədə Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib.
-30,5 faizi Rusiya Federasiyası,
-4,0 faizi Səudiyyə Ərəbistanı,
-1,8 faizi Birləşmiş Ərəb Əmirlikləri,
-hər birindən 1,5 faiz olmaqla İsrail və Ukrayna,
-hər birindən 1,2 faiz olmaqla Türkmənistan və Çin,
-1,1 faizi Böyük Britaniya,
-11,0 faizi digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 70,1 faizini kişilər, 29,9 faizini qadınlar təşkil edib.