DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Almaniyada dəmiryolu nəqliyyatı iflic vəziyyətinə düşüb

© AP Photo / Michael ProbstAlmaniyada dəmir yolu
Almaniyada dəmir yolu - Sputnik Azərbaycan, 1920, 10.01.2024
Abunə olmaq
Hazırda uzun məsafəyə gedən qatarların təxminən 20 faizi xəttə çıxıb, Berlində və digər şəhərlərdə isə bir çox regional və şəhərətrafı qatarlar işləmir.
BAKI, 10 yanvar — Sputnik. Almaniyada qatar maşinistlərinin həmkarlar ittifaqı əsas dövlət dəmiryolu operatoru "Deutsche Bahn" ilə mübahisələrə görə yanvarın 10-da səhər saatlarında üçgünlük tətilə başlayıb.
Avropa mediasının yazdığına görə, tətil cümə günü saat 18:00-dək davam edəcək. Bu səbəbdən ölkədə şəhərlərarası və şəhərdaxili dəmiryolu nəqliyyatı iflic vəziyyətinə düşüb. Hazırda uzun məsafəyə gedən qatarların təxminən 20 faizi xəttə çıxıb, Berlində və digər şəhərlərdə isə bir çox regional və şəhərətrafı qatarlar işləmir.
Etirazçılar maaşlarının artırılmasını və növbəli işçilərin iş vaxtının əməkhaqqı azaldılmadan həftədə 38 saatdan 35 saata endirilməsini tələb edir. "Deutsche Bahn" isə bunun mümkün olmadığını bildirir.
Xəbər lenti
0