https://sputnik.az/20240109/si-cinpinin-putinle-danisiqlari-2023-cu-ilin-en-muhum-ugurlari-arasindadir-461834184.html
Si Cinpinin Putinlə danışıqları 2023-cü ilin ən mühüm uğurları arasındadır
Si Cinpinin Putinlə danışıqları 2023-cü ilin ən mühüm uğurları arasındadır
Sputnik Azərbaycan
Dünyanın çoxqütblülük istiqamətində hərəkətini dəstəkləməyə və beynəlxalq münasibətlərin demokratikləşməsinə kömək etməyə davam edəcəyik. 09.01.2024, Sputnik Azərbaycan
2024-01-09T13:55+0400
2024-01-09T13:55+0400
2024-01-09T13:55+0400
si cinpin
dünya xəbərləri
çin
çin xalq respublikasının sədri si tszinpin
çin xalq respublikası
rusiya prezidenti vladimir putin
vladimir putin
danışıq
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459696882_0:124:2769:1682_1920x0_80_0_0_04c2f809a4d562649ed29d5790546042.jpg
BAKI, 9 yanvar — Sputnik. Çinin xarici işlər naziri Van İ 2023-cü ildə Çin xarici siyasətinin ən mühüm uğurları arasında Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında səmərəli görüş və danışıqları qeyd edib. Çin XİN rəhbəri ilin yekunlarına dair brifinqdə çıxış edərək, Si Cinpinin ötən ilin mart ayında Moskvaya səfərini və onun Putinlə Kremldə uzun söhbətini xatırladıb. "Biz Çin və Rusiya arasında hərtərəfli strateji əməkdaşlığı dərinləşdirməyə, onların müvafiq tərəflərinin inkişafına və canlanmasına kömək etməyə, dünyanın çoxqütblülük istiqamətində hərəkətini dəstəkləməyə və beynəlxalq münasibətlərin demokratikləşməsinə kömək etməyə davam edəcəyik", - XİN rəhbəri deyib. "Si Cinpin keçən il ilk səfəri üçün Rusiyanı seçdi. O, il ərzində iki dəfə prezident Putinlə görüşüb. Çin və Rusiya dövlət başçılarının yüksək dərəcədə qarşılıqlı etimadı və strateji rəhbərliyi sayəsində çoxtərəflilik, müxtəlif sahələrdə praqmatik əməkdaşlığın dərinləşdirilməsi və qlobal strateji sabitliyin qorunub saxlanılması ilə bağlı gerçək təcrübə qazanıldı", - Çin Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb. Van İ Çinin diplomatik uğurları arasında Si Cinpinin San-Fransiskoda APEC sammiti, Pekində keçirilən "Bir kəmər və yol" forumu, Yohannesburqda BRİKS sammiti, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması üçün aparılan danışıqları da qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0a/11/459696882_181:0:2588:1805_1920x0_80_0_0_dceebcda642b76baacc238fc50624192.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
si cinpin, çin, çin xalq respublikasının sədri si tszinpin, çin xalq respublikası, rusiya prezidenti vladimir putin, vladimir putin, danışıq, danışıqlar
si cinpin, çin, çin xalq respublikasının sədri si tszinpin, çin xalq respublikası, rusiya prezidenti vladimir putin, vladimir putin, danışıq, danışıqlar
Si Cinpinin Putinlə danışıqları 2023-cü ilin ən mühüm uğurları arasındadır
Dünyanın çoxqütblülük istiqamətində hərəkətini dəstəkləməyə və beynəlxalq münasibətlərin demokratikləşməsinə kömək etməyə davam edəcəyik.
BAKI, 9 yanvar — Sputnik. Çinin xarici işlər naziri Van İ 2023-cü ildə Çin xarici siyasətinin ən mühüm uğurları arasında Çin Prezidenti Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında səmərəli görüş və danışıqları qeyd edib.
Çin XİN rəhbəri ilin yekunlarına dair brifinqdə çıxış edərək, Si Cinpinin ötən ilin mart ayında Moskvaya səfərini və onun Putinlə Kremldə uzun söhbətini xatırladıb.
"Biz Çin və Rusiya arasında hərtərəfli strateji əməkdaşlığı dərinləşdirməyə, onların müvafiq tərəflərinin inkişafına və canlanmasına kömək etməyə, dünyanın çoxqütblülük istiqamətində hərəkətini dəstəkləməyə və beynəlxalq münasibətlərin demokratikləşməsinə kömək etməyə davam edəcəyik", - XİN rəhbəri deyib.
"Si Cinpin keçən il ilk səfəri üçün Rusiyanı seçdi. O, il ərzində iki dəfə prezident Putinlə görüşüb. Çin və Rusiya dövlət başçılarının yüksək dərəcədə qarşılıqlı etimadı və strateji rəhbərliyi sayəsində çoxtərəflilik, müxtəlif sahələrdə praqmatik əməkdaşlığın dərinləşdirilməsi və qlobal strateji sabitliyin qorunub saxlanılması ilə bağlı gerçək təcrübə qazanıldı", - Çin Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Van İ Çinin diplomatik uğurları arasında Si Cinpinin San-Fransiskoda APEC sammiti, Pekində keçirilən "Bir kəmər və yol" forumu, Yohannesburqda BRİKS sammiti, Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin normallaşması üçün aparılan danışıqları da qeyd edib.