ELM

Rusiyalı astronom 2024-cü ildə baş verəcək maqnit qasırğaları barədə məlumatı açıqladı

© iStock.com / nightman1965Maqnit qasırğası
Maqnit qasırğası - Sputnik Azərbaycan, 1920, 09.01.2024
Abunə olmaq
Yeni il ərəfəsində Günəşdə hazırkı günəş tsiklində ən güclü partlayış baş verib.
BAKI, 9 yanvar — Sputnik. Günəş cari dövrədə 2024-cü ildə pik aktivliyinə çatacaq və bunun nəticəsində Yerdə ay ərzində bir neçə dəfə maqnit qasırğaları baş verəcək.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun "günəş astronomiyası" laboratoriyasının rəhbəri Sergey Boqaçov "RİA Novosti" ilə söhbətində bildirib.
"Ümumiyyətlə, əgər 2024 və 2023-cü illəri müqayisə etsək, hər hansı proqnoza görə, həm məşəl aktivliyi, həm də geomaqnit aktivliyi baxımından 2024-cü il daha aktiv olacaq" - xəbər agentliyinin həmsöhbəti qeyd edib.
O, dəqiqləşdirib ki, Yer kürəsində Günəşdəki partlayışları və maqnit qasırğalarını dəqiq proqnozlaşdırmaq mümkün deyil.
Onu da əlavə edək ki, Yeni il ərəfəsində Günəşdə hazırkı günəş tsiklində ən güclü partlayış baş verib. Güc baxımından müqayisə edilə bilən belə bir hal sonuncu dəfə 2017-ci ildə qeydə alınıb.
Xəbər lenti
0