https://sputnik.az/20240109/neft-bazarinda-qiymet-tarazliginda-ciddi-deyisiklik-musahide-edilir---deputat-461842718.html
Neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir - DEPUTAT
Neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir - DEPUTAT
Sputnik Azərbaycan
Vüqar Bayramov deyir ki, 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq. Azərbaycan ixracatının təxminən... 09.01.2024, Sputnik Azərbaycan
2024-01-09T14:22+0400
2024-01-09T14:22+0400
2024-01-09T14:23+0400
neft
neft-qaz
vüqar bayramov
occrp vüqar bayramov
iqtisadçı alim vüqar bayramov
iqtisadçı vüqar bayramov
neft qiymətləri
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840451_0:0:2121:1194_1920x0_80_0_0_f8612165909d44d93dfa16f3ad423b69.jpg
BAKI, 9 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri nisbətən bahalaşıb. Bazarlar Yaxın Şərqdəki gərginlik ilə bağlı tələb narahatlıqlarını OPEC-in artan təklifi ilə müqayisə etdikcə, qiymətlər əvvəlki sessiyada enişdən sonra çərşənbə axşamı sabit qalıb. "Brent" markalı neft 17 sent və ya 0,2% artaraq 76,29 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,1% və ya 5 sent artaraq 70,82 dollar olub. "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 3,12 dollar, yaxud 3,74% azalaraq 80,33 dollar təşkil edib. Qeyd edək ki, Səudiyyə Ərəbistanın kəskin qiymət endirimləri və OPEC-in hasilatı artırması neft qiymətlərini müvafiq olaraq 3% və 4%-dən çox aşağı salıb. Səudiyyə Ərəbistanın kəskin qiymət endirimləri və OPEC-in hasilatı artırması Yaxın Şərqdə artan geosiyasi gərginliyin səbəb olduğu tədarüklə bağlı narahatlıqları kompensasiya edib. "Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb" Neft qiymətləri ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşən deputat Vüqar Bayramov bildirib ki, son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb: "Ötən ayın 28-də 81 dollara təklif edilən "Brent" markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb. "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir". O qeyd edib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir: "Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Bununla belə, hazırda qiymət 70 dollar üstündədir və bu o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq". Deputat diqqətə çatdırıb ki, neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır: "Manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, neftin qiyməti kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq". Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/0b/18/460840451_236:0:2121:1414_1920x0_80_0_0_2394b1711bae50dcdb14ffb3edb66e5a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, vüqar bayramov, occrp vüqar bayramov, iqtisadçı alim vüqar bayramov, iqtisadçı vüqar bayramov, neft qiymətləri
neft, vüqar bayramov, occrp vüqar bayramov, iqtisadçı alim vüqar bayramov, iqtisadçı vüqar bayramov, neft qiymətləri
Neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir - DEPUTAT
14:22 09.01.2024 (Yenilənib: 14:23 09.01.2024) Vüqar Bayramov deyir ki, 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq. Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir.
BAKI, 9 yanvar — Sputnik. Dünya bazarlarında neft qiymətləri nisbətən bahalaşıb. Bazarlar Yaxın Şərqdəki gərginlik ilə bağlı tələb narahatlıqlarını OPEC-in artan təklifi ilə müqayisə etdikcə, qiymətlər əvvəlki sessiyada enişdən sonra çərşənbə axşamı sabit qalıb.
"Brent" markalı neft 17 sent və ya 0,2% artaraq 76,29 dollar, ABŞ-nin Qərbi Texas nefti 0,1% və ya 5 sent artaraq 70,82 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 3,12 dollar, yaxud 3,74% azalaraq 80,33 dollar təşkil edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanın kəskin qiymət endirimləri və OPEC-in hasilatı artırması neft qiymətlərini müvafiq olaraq 3% və 4%-dən çox aşağı salıb. Səudiyyə Ərəbistanın kəskin qiymət endirimləri və OPEC-in hasilatı artırması Yaxın Şərqdə artan geosiyasi gərginliyin səbəb olduğu tədarüklə bağlı narahatlıqları kompensasiya edib.
"Son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb"
Neft qiymətləri ilə bağlı sosial şəbəkədə fikirlərini bölüşən deputat Vüqar Bayramov bildirib ki, son 10 gündə neftin dünya bazar qiymətində 6 faiz azalma qeydə alınıb: "Ötən ayın 28-də 81 dollara təklif edilən "Brent" markalı neftin bir barelinin qiyməti 76 dollaradək azalıb. "Brent" markalı neftin 1 barelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir".
O qeyd edib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir: "Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Bununla belə, hazırda qiymət 70 dollar üstündədir və bu o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma sözsüz neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün bu baxımdan 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi birbaşa neftin dünya bazarının qiymətindən asılı olacaq".
Deputat diqqətə çatdırıb ki, neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağı vurğulanır: "Manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, neftin qiyməti kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq".
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.