https://sputnik.az/20240109/dem-qazindan-nece-zeherlenmemek-olar-qaz-gunahkardir-yoxsa-qaz-cihazlari-461810624.html
Dəm qazından necə zəhərlənməmək olar: Qaz günahkardır, yoxsa qaz cihazları?
Dəm qazından necə zəhərlənməmək olar: Qaz günahkardır, yoxsa qaz cihazları?
Sputnik Azərbaycan
İlkin Behbudov bildirib ki,normativ tələblərə əməl edilmədikdə təbii qazın istehlakı zamanı arzuolunmaz hadisələr baş verir. 09.01.2024, Sputnik Azərbaycan
2024-01-09T09:36+0400
2024-01-09T09:36+0400
2024-01-09T21:07+0400
dəm qazı
hadisə
qaz
"azəriqaz"
"azəriqaz" istehsalat birliyi
soba
zəhərlənmə
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805883_0:147:3379:2048_1920x0_80_0_0_bd084c841dd89cc596a13d211215a4bf.jpg
BAKI, 9 yanvar — Sputnik. Havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm halları artır. Son bir neçə gündə bir neçə şəxs dəm qazının qurbanı olub. "Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov dəm qazından zəhərlənmə, qızdırıcı qaz cihazları ilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb. - Dəm qazından zəhərlənmələrlə bağlı sizin quruma müraciətlər daxil olubmu? - Havaların soyması ilə əlaqədar olaraq dəm qazından zəhərlənmələrlə bağlı məlumatlar daxil olmaqdadır. Qış fəsli ilə əlaqədar təbii qaza olan təlabat artıb. Ancaq normativ tələblərə əməl edilmədikdə təbii qazın istehlakı zamanı arzuolunmaz hadisələr baş verir. Bu əsasən dəm qazından zəhərlənmələrlə müşahidə olunur. - Dəm qazı necə yaranır, bunun qarşısını necə almaq olar? - Dəm qazı yanma prosesinin pozulması nəticəsində yaranır. Natamam yanma prosesində əmələ gəlir. Əgər düzgün standartlara uyğun qaz qurğularından istifadə edilərsə, tüstü bacalarına düzgün quraşdırılma həyata keçirilsə, eləcə də tüstü bacaları vaxtında təmizlənərsə dəm qazı yaranmaz. - Dəm qazının yaranmasının əsas səbəbi nədir? - Dəm qazının əmələ gəlməsinin əsas səbəbi oksigen çatışmazlığıdır. Çünki, tam yanma prosesinin həyata keçməsi üçün oksigenə ehtiyac var. 1 kub metan qazının yanması üçün 10 kub hava və 2 kuba qədər oksigenə ehtiyac var. Əgər qaz qurğusu yerləşdirilən otağa oksigenin daxil olmasının qarşısı alınırsa, düzgün ventilyasiya kanalından istifadə edilmirsə, qaz yandıqca oksigenin azalması baş verir. Beləcə yanma prosesi pozularaq dəm qazı əmələ gəlir. Həmçini tüstü bacası düzgün quraşdırılmayıbsa, tüstü bacasında sovurma yoxdursa bu zaman yanma prosesi pozulacaq. - Bundan qorunmaq üçün hansı qaydalara əməl edilməlidir? - Bundan qorunmaq üçün qaz qurğuları quraşdırılan otaqların ölçüləri standartlara uyğun olmalıdır. Hamamın ölçüsü 7,5 kub metr, hündürlük 2,2 metr olmalıdır. Hamamın qapısının altında dəliklər olmalıdır. Tüstü bacası normal vəziyyətdə olmalı, ildə bir dəfə təmizlənməlidir. Mətbəxdə də bu normalara əməl edilməlidir. Standartlara uyğun cihazlardan istifadə edilməlidir. Mətbəx otaqlarında iki gözlü qaz piltəsi quraşdırılarsa, mətbəxin ölçüsü 8 kub metrdən aşağı olmamalıdır. 3 gözlü olduqda otağın ölçüsü 12 kub metr, dörd gözlü qaz piltəsi quraşdırıldıqda mətbəxin ölçüsü minimum 15 kub metr olmalıdır. Əgər həm su qızdırıcısı, həm də dördgözlü qaz cihazı mətbəxdə quraşdırılırsa, o zaman mətbəxin ölçüsü minimum 21 kub metrdən az olmamalıdır. Mətbəxə təmiz havanın daxil olması üçün nəfəslik olmalıdır. - Ən çox dəm qazından zəhərlənmələrə fərdi evlərdə çox rast gəlinir, yoxsa bina evlərində? - Fərdi evlərdə tüstü bacaları qoyulmur, kustar üsulla quraşdırılmış tüstü bacalarından istifadə olunur ki, bu da öz növbəsində dəm qazının yaranmasına səbəb olur. - Elə bir avadanlıq varmı ki, dəm qazı insanı zəhərləməmiş bu barədə məlumat versin? - Dəm qazını vaxtında xəbər verən detektorlar var ki, onları alıb mənzillərə quraşdırmaqla dəm qazından zəhərlənmə və ölümün qarşısını almaq olar. Bu avadanlıq dən qazı əmələ gəlməsi zamanı insana ölümcül təsir etməmiş işə düşərək siqnal verir. Bununla da bu təhlükədən uzaqlaşmış olurlar. - Tüstü bacalarının təmizlənməsi prosesi necə həyata keçirilir? Bunun üçün ödəniş tələb olunurmu? - Ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir. Qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Bizim qurum tərəfindən tüstü bacalarının təmizlənməsinə texniki baxış keçirilir. Amma vətəndaşlar tüstü bacalarını öz maddi vəsaitləri hesabına podratçı şirkətlərə müraciət edərək həyata keçirməlidirlər. Qaydalara əsasən tüstü bacaları ildə iki dəfə təmizlətməlidirlər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42280/58/422805883_279:0:3010:2048_1920x0_80_0_0_d4ed030149acc08b3094ec3a0f474756.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
dəm qazı, qaz, "azəriqaz", "azəriqaz" istehsalat birliyi, soba, zəhərlənmə
dəm qazı, qaz, "azəriqaz", "azəriqaz" istehsalat birliyi, soba, zəhərlənmə
Dəm qazından necə zəhərlənməmək olar: Qaz günahkardır, yoxsa qaz cihazları?
09:36 09.01.2024 (Yenilənib: 21:07 09.01.2024) İlkin Behbudov bildirib ki,normativ tələblərə əməl edilmədikdə təbii qazın istehlakı zamanı arzuolunmaz hadisələr baş verir.
BAKI, 9 yanvar — Sputnik. Havalar soyuyan kimi dəm qazından zəhərlənmə, ölüm halları artır. Son bir neçə gündə bir neçə şəxs dəm qazının qurbanı olub.
"Azəriqaz" İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov dəm qazından zəhərlənmə, qızdırıcı qaz cihazları ilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.
- Dəm qazından zəhərlənmələrlə bağlı sizin quruma müraciətlər daxil olubmu?
- Havaların soyması ilə əlaqədar olaraq dəm qazından zəhərlənmələrlə bağlı məlumatlar daxil olmaqdadır. Qış fəsli ilə əlaqədar təbii qaza olan təlabat artıb. Ancaq normativ tələblərə əməl edilmədikdə təbii qazın istehlakı zamanı arzuolunmaz hadisələr baş verir. Bu əsasən dəm qazından zəhərlənmələrlə müşahidə olunur.
- Dəm qazı necə yaranır, bunun qarşısını necə almaq olar?
- Dəm qazı yanma prosesinin pozulması nəticəsində yaranır. Natamam yanma prosesində əmələ gəlir. Əgər düzgün standartlara uyğun qaz qurğularından istifadə edilərsə, tüstü bacalarına düzgün quraşdırılma həyata keçirilsə, eləcə də tüstü bacaları vaxtında təmizlənərsə dəm qazı yaranmaz.
- Dəm qazının yaranmasının əsas səbəbi nədir?
- Dəm qazının əmələ gəlməsinin əsas səbəbi oksigen çatışmazlığıdır. Çünki, tam yanma prosesinin həyata keçməsi üçün oksigenə ehtiyac var. 1 kub metan qazının yanması üçün 10 kub hava və 2 kuba qədər oksigenə ehtiyac var. Əgər qaz qurğusu yerləşdirilən otağa oksigenin daxil olmasının qarşısı alınırsa, düzgün ventilyasiya kanalından istifadə edilmirsə, qaz yandıqca oksigenin azalması baş verir. Beləcə yanma prosesi pozularaq dəm qazı əmələ gəlir. Həmçini tüstü bacası düzgün quraşdırılmayıbsa, tüstü bacasında sovurma yoxdursa bu zaman yanma prosesi pozulacaq.
- Bundan qorunmaq üçün hansı qaydalara əməl edilməlidir?
- Bundan qorunmaq üçün qaz qurğuları quraşdırılan otaqların ölçüləri standartlara uyğun olmalıdır. Hamamın ölçüsü 7,5 kub metr, hündürlük 2,2 metr olmalıdır. Hamamın qapısının altında dəliklər olmalıdır. Tüstü bacası normal vəziyyətdə olmalı, ildə bir dəfə təmizlənməlidir. Mətbəxdə də bu normalara əməl edilməlidir. Standartlara uyğun cihazlardan istifadə edilməlidir. Mətbəx otaqlarında iki gözlü qaz piltəsi quraşdırılarsa, mətbəxin ölçüsü 8 kub metrdən aşağı olmamalıdır. 3 gözlü olduqda otağın ölçüsü 12 kub metr, dörd gözlü qaz piltəsi quraşdırıldıqda mətbəxin ölçüsü minimum 15 kub metr olmalıdır. Əgər həm su qızdırıcısı, həm də dördgözlü qaz cihazı mətbəxdə quraşdırılırsa, o zaman mətbəxin ölçüsü minimum 21 kub metrdən az olmamalıdır. Mətbəxə təmiz havanın daxil olması üçün nəfəslik olmalıdır.
- Ən çox dəm qazından zəhərlənmələrə fərdi evlərdə çox rast gəlinir, yoxsa bina evlərində?
- Fərdi evlərdə tüstü bacaları qoyulmur, kustar üsulla quraşdırılmış tüstü bacalarından istifadə olunur ki, bu da öz növbəsində dəm qazının yaranmasına səbəb olur.
- Elə bir avadanlıq varmı ki, dəm qazı insanı zəhərləməmiş bu barədə məlumat versin?
- Dəm qazını vaxtında xəbər verən detektorlar var ki, onları alıb mənzillərə quraşdırmaqla dəm qazından zəhərlənmə və ölümün qarşısını almaq olar. Bu avadanlıq dən qazı əmələ gəlməsi zamanı insana ölümcül təsir etməmiş işə düşərək siqnal verir. Bununla da bu təhlükədən uzaqlaşmış olurlar.
- Tüstü bacalarının təmizlənməsi prosesi necə həyata keçirilir? Bunun üçün ödəniş tələb olunurmu?
- Ölkə başçısının təsdiq etdiyi "Qaz təsərrüfatı haqqında" Qanuna və "Tüstü bacalarının istismarı haqqında" qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir. Qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Bizim qurum tərəfindən tüstü bacalarının təmizlənməsinə texniki baxış keçirilir. Amma vətəndaşlar tüstü bacalarını öz maddi vəsaitləri hesabına podratçı şirkətlərə müraciət edərək həyata keçirməlidirlər. Qaydalara əsasən tüstü bacaları ildə iki dəfə təmizlətməlidirlər.