Yanvarın 8-də hansı əlamətdar hadisələr baş verib
08:37 08.01.2024 (Yenilənib: 09:51 08.01.2024)
© Sputnik / Elnur SalayevYanvarın 8
© Sputnik / Elnur Salayev
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan icmalında oxuyun.
BAKI, 8 yanvar — Sputnik. Yanvarın 8-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar, siyasətçilər dünyaya gəlib. Bu gün də tarixə düşən müəyyən hadisələr baş verib.
Yanvarın 8-də kimlər anadan olub?
Leyla Bədirbəyli (1920 - 1999) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisasıdır. O, "Fətəli xan", "Görüş", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Koroğlu" və s. filmlərdə yaddaqalan rollar oynayıb. O dövrlərin bir çox tanınmış simaları - İosif Stalin, Rac Kapur və başqaları onun gözəlliyinə heyran olublar.
© AP PhotoElvis Presli, arxiv şəkli
Elvis Presli, arxiv şəkli
© AP Photo
Yanvarın 8-də dünyada baş verən tarixi hadisələr
1297-ci ildə Monako Genuyadan müstəqillik qazanıb.
1851-ci ildə fransız fiziki Jan Bernard Leon Fuko Yerin öz oxu ətrafında fırlandığını sübut edib.
1959-cu ildə fransız siyasətçisi Şarl de Qoll Fransa Respublikasının prezidenti olub.
2004-cü ildə, o dövrdə dünyanın ən böyük sərnişin gəmisi olan "Queen Mary 2" dəniz laynerinin istifadəsinə start verilib. Onun marşrutu Sauthempton - Nyu Yorkdur. Gəmi 3090-a qədər sərnişin daşıya bilib.
2008-ci ildə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan gəmi-bərə istifadəyə verilib. Uzunluğu 154,5 metr və eni 17,5 metr olan gəmi-bərə ən müasir naviqasiya sistemi ilə təchiz edilib və dəmir yolu vaqonlarının daşınması üçün nəzərdə tutulub. Tam yükgötürmə qabiliyyəti 5985 ton olan gəmi-bərəyə eyni vaxtda 52 dəmiryol vaqonu yükləmək mümkündür.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.