https://sputnik.az/20240108/prokurorluq-general-xacaturovun-yeniden-hebsini-teleb-edib-461812661.html
Prokurorluq general Xaçaturovun yenidən həbsini tələb edib
Prokurorluq general Xaçaturovun yenidən həbsini tələb edib
Sputnik Azərbaycan
Ötən ilin dekabrın əvvəlində hakim Armen Hovhannisyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin... 08.01.2024, Sputnik Azərbaycan
2024-01-08T14:16+0400
2024-01-08T14:16+0400
2024-01-08T14:16+0400
ermənistan
cəmiyyət
müdafiə naziri
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805206_0:160:3072:1888_1920x0_80_0_0_8893054161d03188c4078e809932d996.jpg
BAKI, 8 yanvar — Sputnik. Ermənistan prokurorluğu Ermənistan Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edir. Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryanın Sputnik Ermənistan-a verdiyi məlumata görə, prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi tələbi ilə kassasiya şikayəti verib. 2023-cü il dekabrın əvvəlində hakim Armen Hovhannisyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması qərarından şikayətini qismən təmin edib. Generalın həbsi 20 milyon dram məbləğində girov və inzibati nəzarətlə əvəz edilib. Xatırladaq ki, Qriqori Xaçaturov Ermənistanın keçmiş müdafiə naziri, parlamentin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/07/461805206_171:0:2902:2048_1920x0_80_0_0_11fea23535ab1c9d127ed46f610be0ed.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, müdafiə naziri
ermənistan, müdafiə naziri
Prokurorluq general Xaçaturovun yenidən həbsini tələb edib
Ötən ilin dekabrın əvvəlində hakim Armen Hovhannisyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması qərarından şikayətini qismən təmin edib.
BAKI, 8 yanvar — Sputnik. Ermənistan prokurorluğu Ermənistan Silahlı Qüvvələrinin Üçüncü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edir.
Baş Prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arevik Xaçatryanın Sputnik Ermənistan-a verdiyi məlumata görə, prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Apellyasiya Məhkəməsinin qərarının ləğv edilməsi tələbi ilə kassasiya şikayəti verib.
2023-cü il dekabrın əvvəlində hakim Armen Hovhannisyanın sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Apellyasiya Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması qərarından şikayətini qismən təmin edib. Generalın həbsi 20 milyon dram məbləğində girov və inzibati nəzarətlə əvəz edilib.
Xatırladaq ki, Qriqori Xaçaturov Ermənistanın keçmiş müdafiə naziri, parlamentin "Hayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.