https://sputnik.az/20240108/orban-avropa-ttifaqi-surasinin-muveqqeti-prezidenti-ola-biler-461818551.html
Orban Avropa İttifaqı Şurasının müvəqqəti prezidenti ola bilər
Orban Avropa İttifaqı Şurasının müvəqqəti prezidenti ola bilər
Sputnik Azərbaycan
Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb. 08.01.2024, Sputnik Azərbaycan
2024-01-08T18:29+0400
2024-01-08T18:29+0400
2024-01-08T18:29+0400
dünya xəbərləri
viktor orban
avropa ittifaqı
macarıstan
şarl mişel
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022928_0:0:3072:1728_1920x0_80_0_0_7ae8a1740b84ba81ca679fefc9098729.jpg
BAKI, 8 yanvar — Sputnik. Macarıstanın baş naziri Viktor Orban növbəti altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik edə bilər. Bu barədə "Politico" qəzeti yazıb. Belçika mətbuatının yazdığına görə, iyunda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdıran hazırkı sədr Şarl Mişel istefa verəcəyi təqdirdə Orban Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər. Avropa İttifaqı Şurasının rəhbəri səsvermədə qalib gələcəyi təqdirdə iyulun ortalarında yeni vəzifəyə keçəcək.Eyni zamanda, Avropa liderləri vakant postun varisi ilə bağlı razılığa gəlməlidirlər. Əgər onlar bunu bacarmasalar, Orban qurumun müvəqqəti rəhbəri olacaq, çünki Macarıstanın Aİ Şurasına sədrlik növbəsi iyulda yetişəcək. Qəzetin yazdığına görə, Macarıstanın baş naziri Aİ-nin Ukraynaya dəstəyinə qarşı çıxdığından, digər Aİ ölkələrinin liderləri belə ssenaridən yayınmağı planlaşdırırlar. Xatırladaq ki, Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb. O, Avropa Parlamentinə seçilərsə, deputatlığı parlament fəaliyyəti ilə birləşdirilə bilməyəcəyindən hazırkı vəzifəsindən istefa verməli olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2024
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1a/450022928_0:0:2732:2048_1920x0_80_0_0_05dbe46b37fceff69ed0b7d4dac623a5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
viktor orban, avropa ittifaqı, macarıstan, şarl mişel
viktor orban, avropa ittifaqı, macarıstan, şarl mişel
Orban Avropa İttifaqı Şurasının müvəqqəti prezidenti ola bilər
Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb.
BAKI, 8 yanvar — Sputnik. Macarıstanın baş naziri Viktor Orban növbəti altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik edə bilər.
Bu barədə "Politico" qəzeti yazıb.
Belçika mətbuatının yazdığına görə, iyunda Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirak etməyi planlaşdıran hazırkı sədr Şarl Mişel istefa verəcəyi təqdirdə Orban Avropa İttifaqı Şurasına rəhbərlik edə bilər. Avropa İttifaqı Şurasının rəhbəri səsvermədə qalib gələcəyi təqdirdə iyulun ortalarında yeni vəzifəyə keçəcək.
Eyni zamanda, Avropa liderləri vakant postun varisi ilə bağlı razılığa gəlməlidirlər. Əgər onlar bunu bacarmasalar, Orban qurumun müvəqqəti rəhbəri olacaq, çünki Macarıstanın Aİ Şurasına sədrlik növbəsi iyulda yetişəcək.
Qəzetin yazdığına görə, Macarıstanın baş naziri Aİ-nin Ukraynaya dəstəyinə qarşı çıxdığından, digər Aİ ölkələrinin liderləri belə ssenaridən yayınmağı planlaşdırırlar.
Xatırladaq ki, Şarl Mişel yanvarın 7-də vəzifəsindən getməyi planlaşdırdığını açıqlayıb. O, Avropa Parlamentinə seçilərsə, deputatlığı parlament fəaliyyəti ilə birləşdirilə bilməyəcəyindən hazırkı vəzifəsindən istefa verməli olacaq.