Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda təbii mənbələrdən əldə edilən suyun böyük bir hissəsi hara gedir?

© Sputnik / Ilham MustafayevSu, arxiv şəkli
Su, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Abunə olmaq
Adambaşına düşən illik suyun həcminə əsasən Azərbaycan su problemi yaşayan ölkələrdən biridir.
BAKI, 8 yanvar - Sputnik. Azərbaycanda təbii mənbələrdən ildə 12,78 milyard kubmetr su əldə olunur ki, bunun da 3,63 milyard kubmetri suyun nəqli və paylanması zamanı itkiyə gedir.
Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub.
Məlumata görə, ölkə üzrə illik şirin su istehlakı təqribən 9,15 milyard kubmetr təşkil edir ki, bunun da 72,5 %-i kənd təsərrüfatında, 3,2 %-i məişət ehtiyacları üçün və 24,3 %-i sənaye ehtiyacları (əsasən enerji və istilik elektrik stansiyalarının soyudulması) üçün istifadə olunur.
Adambaşına düşən illik suyun həcminə əsasən (adambaşına 1 000 kubmetr ) Azərbaycan su problemi yaşayan ölkələrdən biridir. BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23 %-dən çox azalacağı ehtimal edilir. Ölkədə əldə olunan suyun ildə təqribən 6 %-i və ya 744 milyon kubmetri Abşeron yarımadasında istehlak olunur. Yarımadada təbii su mənbələri olmadığı üçün su ölkənin digər regionlarından nəql olunur.
Xəbər lenti
0