Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycanda seçicilərin sayı açıqlanıb

© Sputnik / Murad OrujovMSK-nın binası, arxiv şəkli
MSK-nın binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.01.2024
Abunə olmaq
MSK sədrinin müavini bildirib ki, arzulanan kimi mükəmməl olmasa da, mükəmmələ yaxın seçici siyahıları olacaq.
BAKI, 8 yanvar — Sputnik. Azərbaycanda 6 milyon 300 mindən artıq seçici bizim seçicilər siyahımızdadır.
Bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Rövzət Qasımov bildirib.
"Ümid edirik ki, seçici məlumatlarının yoxlanması üçün təqdim olunan imkanlar seçici sayının daha da artmasına rəvac verəcək. Beləliklə, arzuladığımız kimi mükəmməl olmasa da, mükəmmələ yaxın seçici siyahılarımız olacaq", - deyə MSK sədrinin müavini qeyd edib.
Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. İndiyə qədər MSK üç nəfərin - İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliklərini qeydə alıb.
Xəbər lenti
0