https://sputnik.az/20240108/azerbaycan-ordusunda-komandir-heyeti-ile-toplanis-kecirilir-461809458.html
Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir
Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir
Sputnik Azərbaycan
İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq. 08.01.2024, Sputnik Azərbaycan
2024-01-08T12:53+0400
2024-01-08T12:53+0400
2024-01-08T12:53+0400
müdafiə nazirliyi
hərbi
təlim-məşq toplanışı
müdafiə naziri zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e8/01/08/461808909_0:60:975:608_1920x0_80_0_0_bbfaf671f81fb72686db9e635bd1509b.jpg
BAKI, 8 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq. O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq. Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/08/461808909_43:0:932:667_1920x0_80_0_0_c678f230f9bd35796222c6343d6ccd29.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
müdafiə nazirliyi, təlim-məşq toplanışı, müdafiə naziri zakir həsənov
müdafiə nazirliyi, təlim-məşq toplanışı, müdafiə naziri zakir həsənov
Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir
İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq.
BAKI, 8 yanvar — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq. O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq.
Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir.