https://sputnik.az/20240107/yaponiyada-zelzelede-olenlerin-sayi-128-e-catib-461789851.html
Yaponiyada zəlzələdə ölənlərin sayı 128-ə çatıb
Yaponiyada zəlzələdə ölənlərin sayı 128-ə çatıb
Sputnik Azərbaycan
Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib. 07.01.2024, Sputnik Azərbaycan
2024-01-07T12:58+0400
2024-01-07T12:58+0400
2024-01-07T12:58+0400
zəlzələ
dünya xəbərləri
yaponiya
https://cdnn1.img.sputnik.az/img/07e8/01/02/461725521_0:146:2800:1721_1920x0_80_0_0_65f94bf0a7f5b89026d119e7c478ac8b.jpg
BAKI, 7 yan — Sputnik. Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb. Həmçinin, zəlzələ nəticəsində 560 nəfərin xəsarət aldığı bildirilib. Qeyd olunub ki, hazırda 222 nəfər itkin düşən şəxsin axtarışı davam edir. Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib. Zəlzələ bölgəsində elektrik, su və yanacaq çatışmazlığı müşahidə olunur. Xatırladaq ki, Yaponiyanın Baş naziri Fumio Kisida jurnalistlərə bildirib ki, zəlzələdən sonra zərər çəkmiş bir sıra rayonlarda elektrik enerjisi kəsilib, su təchizatı dayandırılıb, kommunikasiyalar işləmir. Yaponiyanın şimalındakı Hokkaydo adasından cənub Kyusyuya qədər bütün qərb sahilləri boyunca sunami təhlükəsi elan edilib. Bir neçə güclü zəlzələdən sonra İsikava prefekturasında da böyük sunami təhlükəsi yaranıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2024
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e8/01/02/461725521_156:0:2645:1867_1920x0_80_0_0_281e79213726849024f3eb8c86087855.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, yaponiya
Yaponiyada zəlzələdə ölənlərin sayı 128-ə çatıb
Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib.
BAKI, 7 yan — Sputnik. Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yerli icra orqanları məlumat yayıb.
Həmçinin, zəlzələ nəticəsində 560 nəfərin xəsarət aldığı bildirilib.
Qeyd olunub ki, hazırda 222 nəfər itkin düşən şəxsin axtarışı davam edir.
Təbii fəlakət zamanı İşikava prefekturasında 1370 ev tamamilə və ya qismən dağılıb, baş verən yanğınlar isə 300-ə yaxın binanı məhv edib.
Zəlzələ bölgəsində elektrik, su və yanacaq çatışmazlığı müşahidə olunur.
Xatırladaq ki, Yaponiyanın Baş naziri Fumio Kisida jurnalistlərə bildirib ki, zəlzələdən sonra zərər çəkmiş bir sıra rayonlarda elektrik enerjisi kəsilib, su təchizatı dayandırılıb, kommunikasiyalar işləmir. Yaponiyanın şimalındakı Hokkaydo adasından cənub Kyusyuya qədər bütün qərb sahilləri boyunca sunami təhlükəsi elan edilib. Bir neçə güclü zəlzələdən sonra İsikava prefekturasında da böyük sunami təhlükəsi yaranıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.